Page 39 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 39
RSƏM
soruşduq: “Tout droit jusqua Saint Jacques. Une fois La, MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
renseignez vous”1 – o dedi. Auritanın qolundan bәrk-
bәrk yapışıb pıçıldadım: “Mәn başa düşmәdim”. O gü- 39
lüb dedi: “Müqәddәs İakova qәdәr düz gedәcәyik. Orda
isә baxarıq”.
Auritanın hәmişәki naxoşluğundan әsәr-әlamәt qal-
mamışdı, mәnә isә dinclik hakim kәsilmişdi, elә bil Robi-
netin yaxınlığını duymaq mәnә güc vermişdi. Bu yad
şәhәr bizi mehribanlaşdırmış, ailәmizin dincliyini po-
zan, necә deyәrlәr, son buludlar dağılmışdı.
I Albert meydanında bağça, bağçada isә taxta skam-
yalar varıydı, oğlanlarla qızlar oturub öpüşür üşüyür-
müş kimi qucaqlaşırdılar. Bağçanın ortasında I Albertin
pyedestalı dururdu, ancaq büstü yoxuydu, çünki alman-
lar onu qaçırıb әritmişdilәr. Pyedestal “I Albert” yazısıy-
la yetim kimi görünürdü, sanki sarsaq bir zarafat idi, elә
bil bununla demәk istәyirdilәr ki, I Albert, sadәcә yazı-
ğın, kimsәsizin biri olub. İntәhası, belә fikirlәr oğlanlarla
qızların qızğınlığını soyutmurdu, onların ehtirasını gö-
rәndә, Davisito, özümә sual verirdim: bәs necә olur ki,
son iki ildә Fransanın әhalisi getdikcә azalır?
Belәcә, işıq yanmayan iri girişi vә lazımsız şeylәr yı-
ğılmış arxa hәyәtdә qarajı olan pansiona gәlib çıxdıq. Fi-
kirlәşdim, yәqin, orda solğun sarı fanarlarıyla küçәlәrdә
şütüyәn bir xeyli “sitroen”, “reno”, “pejo” gecәlәyir. Sağ
tәrәfdәn yuxarıya qaranlıq pillәkәn qalxırdı vә biz pillә-
kәnlә qalxmağa başlayanda, Aurita dirsәyimi sıxıb dedi:
“Mәn qorxuram”. Pәrt halda gülümsәdim: “Axmaqlığa
bax!” Ancaq ürәyimin dәrinliyindә özüm dә qorxur-
dum, qaranlıq künc-bucağa göz gәzdirib, sanki bu saat
Robinetin oradan sıçrayıb çıxacağını gözlәyirdim.
Qapının zәngini çaldım, işıq yandı vә qapıdan sәli-
qәli geyinmiş bir qarı boylandı, bizsә Aurita ilә әvvәlcә-
dәn danışdığımız kimi, xorla dedik:
1Tout droit jusqua Saint Jacques. Une fois La, renseignez vous – San-
Jaka qədər düz gedin. Orda soruşarsınız. (fr.)