Page 35 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 35
RSƏM
Sәmimi-qәlbdәn danışsam da, ürәyim qan ağlasa MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
da, mәnә inanmırdılar, hamı mәni lağa qoyurdu. Sonra
atam ağlıma gәldi, Davisito, dәrhal özümü hәr tәrәfdәn 35
günahkar hiss elәdim – atamın qarşısında da, oğlumun
qarşısında da. Birdәn fikirlәşdim ki, toxunduğum hәr
şeyi mәhv elәyirәm, bütün bәdbәxtliklәrin kökü mәn-
dәdi.
Ertәsi gün hәkim bizә gәlib dedi: “Yataq rejimi
lazımdı, dostum mәnim; işlәriniz elә dә yaxşı deyil”.
Ciddi pәhriz yazdı vә dedi ki, şiş öz-özünә sorulmasa,
içindәkini mayelәrlә qarışdırmaq lazım gәlәcәk. “Bu nә
olan şeydi?” – soruşdum. “Əvvәl deşib içindәkini çәkә-
cәyik, sonra dәrman yeridәcәyik”, – cavab verdi. Bil-
mәdim nә deyәm, o isә әlavә elәdi: “İki hәftә yataqan
durmaq olmaz”.
Çәtin vaxtlar idi, Davisito, nә qәdәr ki, hava işıq-
lıydı, küçәnin sәs-küyü gәlirdi, rahatca yatıb sakit yux-
ular görürdüm, amma gecәlәr gözümә yuxu getmirdi,
açıq eyvandan görünәn, rәngini aram-aram qaradan
boza, bәnövşәyiyә, sarıya dәyişәn qarşıdakı yarımçıq ev
başımdan çıxmırdı. Sançes bir dәfә mәni yoluxmağa gә-
lәndә ona dedim:
– İndi bu ev qaralacaq, sonra bozaracaq, sonra
bәnövşәyi, sonra da sarı olacaq. Bax, onda yuxuya gedә
bilәcәyәm.
Sançes şәfqәtlә gözünü mәnә zillәdi.
– Bu ev hәmişә narıncı rәngdәdi, Lenuar, – dedi. –
Sәn bu fikrә öyrәş. İşıq müxtәlif cür düşdüyünә görә
rәngini dәyişir.
Bir az düşünüb soruşdum:
– Sәn, yәqin, ağlımı itirdiyimi fikirlәşirsәn, elәdi,
Enrike?
– Boşla, nә düşündüyümün bir mәnası var? – deyib
dostcasına çiynimә şappıldatdı.
Gecәlәr yatanda Robinet haqqında yuxularıma
uşaqlarla, şişlә bağlı qarabasmalar da qarışırdı, sanki bә-