Page 30 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 30
sәn”, – cavab verdim. “Ancaq burnunu hәr yerә soxmağı
xoşlayır, elәdi?” Söz mәnә toxunsa da, özümü saxladım,
dedim, necә istәyir elәsin, o isә acıqla mızıldadı ki, öz
kefindәn belә elәmir, hәkimin tapşırığını yerinә yetirir.
O vaxt elә dә yola getmirdik, Davisito, bilirdim,
bunun günahı nә Auritada, nә dә mәndәdi, günah Robi-
netdәdi. Hәrdәn elә şeylәr uydururdum, özümün dә
ayıbıma gәlirdi, guya biz hәtta Robinetlә o biri hәyatı-
mızda görüşmüşük, mәlum deyil, necә, harda, ancaq bir
az baş sındıranda bunların sayıqlama olduğunu
anlayırsan, mәn axı xristianam, Davisito, ruhun bir
bәdәndәn o birinә keçmәsinә, reinkarnasiyaya, bu sayaq
yalan-palan şeylәrә inanmıram. Bunlar ümidsizlikdәn
başımda fırlanırdı, әslindә isә onlara elә dә inanmırdım.
Di gәl, ağlımın yerindә olduğundan şübhәlәnmәyә baş-
ladım. Hәrdәn gicgahım elә atırdı ki, tıqqıltısını qamçı
zәrbәsi kimi balışda eşidirdim, qorxub yerimdәn sıçra-
yırdım, әlimi atıb tutmağa nәsә axtarırdım. Üstәlik,
30 sәhhәtim dә pislәşirdi. Mәn artıq Robinetdәn canımı
qurtara bilmirdim. Əgәr hәmin vaxt onu unuda bilsәy-
dim, Davisito, and içirәm, elә dә elәyәrdim. Ancaq әyyaş
ça-xırdan әl çәkә bilmәdiyi kimi, mәn dә Robinetdәn
qopa bilmirdim.
Çaxırla da mәsәlә mәlumdu: nә qәdәr ki kefini
kökәltmәk üçün bir-iki stәkan içirsәn, faydası dәyir, hәr
şey yaxşı gedir vә sәn çaxırı xoşlayırsan, çünki istә-
mәdiyin vaxt içmәyә dә bilәrsәn, ancaq bir dә gördün
aludә olursan, çaxır sәni çağırır, sәn xәstә kimisәn, artıq
istәmәk nәdi, sәnә içmәk lazımdı, tәrgitmәk istәsәn dә,
bacarmırsan, çünki artıq boğaza qәdәr batmısan, o, sәni
qarşısıalınmaz qüvvәylә çәkir, öhdәsindәn gәlә bilmә-
diyin bu meyli hiss elәmәmәk üçün hәtta pul da
vermәyә hazırsan, çünki bilirsәn: hiss elәsәn – hәmişәlik
batdın. Əyyaş çaxırın dalına düşdüyü kimi, mәn dә
Robinetin arxasınca düşmüşdüm. Hәrdәn-hәrdәn fikir-
lәşirdim ki, bu qәdәr baş sındırmağa davam elәsәm, axır
beynim xarab olacaq, ancaq heç nәyә nail olmasam da,