Page 26 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 26
dürdәn deyirsәn – bәlkә, axtardığın sözә oxşadı. Ancaq
әbәs yerә. Söz tәrsә düşüb, sanki sәni cırnadıb, xısın-
xısın gülür. Gah sәnә elә gәlir, artıq yaxınlaşmısan, gah
da sәndәn baş götürüb qaçır, uzaqlıq vә yaxınlıq sәni
eyni dәrәcәdә әsәbilәşdirir, çünki hansı üzünә fırlatsan
da, sözü tapa bilmirsәn.
Robinetlә aramızda da mәhz bu baş verirdi, ancaq
müәmmadan yaxa qurtara bilmirdim, Davisito, çünki
sәnә tanış gәlәn, ancaq hec cür tapa bilmәdiyin kros-
svorddakı o söz kimi Robinetin hәyatıma boş yerә gir-
mәdiyinә – pisliyәmi, yaxşılığamı – şübhәm yox idi.
XV
Tәbii ki, Fandonun toy qonaqlığından sonra nә baş
verdiyini Auritaya danışmamışdım. Ancaq bir neçә gün
keçmiş ehtiyat elәmәyә başladım, çünki çox gәrginiy-
26 dim, Aurita da әsәb dağarcığına dönmüşdü, bir qığılcı-
ma bәndiydi ki, aramızda mәrәkә qopsun. Ona görә
çalışdım bunları başımdan çıxarıb sakitcә ev işlәriylә
mәşğul olum. Ancaq, Davisito, bәzi şeylәr elә bil qәsdәn
düşünülüb ki, әn dözümlü adamın da axırına çıxsın.
Maraqlıdı, әgәr әlüzyuyanın deşiyi hәr sәhәr tüklә tutu-
lursa, diş pastasının qapağı bağlanmamış olursa, arvadı-
nın gecә köynәyi kabinetindә atılıb qalırsa, tәmkinli
oğlan nә demәlidi? Mәn, adәtәn, belә şeylәrә dinmәzcә
dözürәm, ancaq Fandonun qonaqlığından üç gün sonra
әlüzyuyan yenә tutulmuşdu, vaxt isә daralmışdı, çünki
yatıb qalmışdım, bizim kontorda da – bilmirәm sәnә de-
mişәm, ya yox – gecikmәyә pis baxırlar, gәrәk qol çәkә-
sәn, geçikәni isә mәktәbdә olduğu kimi mәzәmmәt
elәyirlәr. Axarı baş sancağıyla açdım, dişimi yumaq istә-
yәndә, gördüm tübik açıqdı, pasta quruduğundan onu
çıxmağa qoymur. Sıxdım – heç nә yoxdu. Yenә sıxdım –
tübik şişdi, ancaq pasta çıxmadı. Tәlәsirdim, Davisito,
onu var gücümlә sıxdım vә birdәn tübikdәn ilan kimi