Page 29 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 29
SƏRSƏM

mәni bürüyәn tәşvişdәn danışdım, әlini tutub peysәrimә MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
apardım, o isә dedi: “Hә-ә, doğrudan da, nәsә var”; son-
ra әlini alnıma apardım, o, çaşqın halda dedi: “Ola bilsin,
azca hәrarәtin var”. – “Bәlkә dә yüksәkdi, senyor ins-
pektor!” – vә on il xidmәtim әrzindә bir dәfә dә üzrsüz
yerә iş buraxmadığımı, vur-tut üç gecikmәm olduğumu
xatırlatdım, o isә yumşalıb, yumşalıb, nәhayәt, dedi:

– Di yaxşı, Lenuar, ilk dәfә olduğuna görә bağış-
layıram, ancaq bir dә belә şey görmәyim.

Minnәtdarlıq elәyib kabinetdәn çıxdım. Sançes
soruşdu: “Nә oldu, Lenuar?” Cavab verdim: “Heç nә”.
Sançes canıyananlıqla mәni süzdü: “Sәn dә özünә görә
deyilmişsәn ha”.

XVII

Hәkim deyәndә ki, körpәnin ürәk döyüntüsünü 29
eşidir, mәn qanımda ölümsüzlüyün döyüntüsünü hiss
elәdim. Yәqin ata olacağımın hәyәcanından idi. Auri-
tadan körpәnin tәpiklәyib-tәpiklәmәdiyini soruşdum;
Aurita cavab verdi ki, tәpiklәmir. Hәkim dedi ki, hәlә
heç yarı müddәt dә keçmәyib. Aurita әkiz olub-olma-
dığını soruşdu, hәkim dә soruşdu ki, niyә belә fikirlәşir.
Aurita qızarıb çiyinlәrini çәkdi. Qәfildәn elә bil zarafat-
yana fikirlәşdim ki, nә vaxtsa Robinetlә bir qarında
olmuşuq, o saat mәni tәr basdı, ciddilәşib düşündüm:
“Axı mәn Robineti әvvәllәr qarındakı kimi necәsә dar,
bağlı bir yerdә görmüşәm”. Bu, sadәcә, fәrziyyә idi, Da-
visito, ancaq mәnә yenә elә gәldi ki, bundan da doğrusu
ola bilmәz. Hәkim Auritaya vitaminlәr, bir dә kalsi iynә-
si yazdı.

Bunları Sançesә danışanda o, mәni qorxutdu:
“Doğana qәdәr vitamin vermә. Körpәnin çöldә böyü-
mәyi yaxşıdı, nәinki qarında”. Doğrusu, onun mühaki-
mәsi inandırıcıydı vә Auritaya evdә o cür dә dedim.
Soruşdu: “Nәdi, Sançes hәkimdi?” – “Yox, özün bilir-
   24   25   26   27   28   29   30   31   32   33   34