Page 31 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 31
RSƏM
özümә әzab vermәkdәydim, yalnız ilk şüurlu xatirәm- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
dәn tutmuş Robinetlә barda rastlaşdığım günә qәdәr
bütün hәyatımı hissә-hissә saf-çürük elәmәyi bacardım. 31
Tamamilә zәiflәmişdim, istiliyim arada otuz sәkkizә
qalxırdı, axşamlar göz qapaqlarım ağırlaşırdı, gözlәrim
isә bәrk qaşınırdı. Yәqin, hәrarәtә görә belәydi, Davisito,
ancaq onda bunun sәbәbini Auritanın mәni başa
düşmәmәsindә görürdüm.
Bir dәfә uşaq paltarlarını bәzәmәk üçün lent almağı
unutmuşdum, ona görә bәri başdan onu sakitlәşdirmәk
istәdim.
– Bağışla, – dedim, – unutmuşam.
– Sәn axı nәyәsә yarayırsan? – o ağladı.
– Di yaxşı, Aurita, boş-boş danışma. Bu ki xırda
şeydi, sabah alaram, qurtarıb gedәr.
– Ax, demәk belә?! Sәncә arvadını vur-tut bir dәfә
sevindirmәkdәnsә, bütün günü haralardasa avaralan-
maq yaxşıdı?
Mәn barışdırıcı tәrzdә dedim:
– Xahiş elәyirәm, sakit ol, Aurita, yoxsa ev
cәhәnnәmә dönüb.
O hirslәndi:
– Hә?! Bәs onda bu evdә şeytan kimdi?
Hamısının günahı, şişdәdi, Davisito. Ən әlverişsiz
mәqamda bәrk sancdı. Peysәrimdәki şiş, bir dә әn yaxşı
müalicә kimi hәkimin, sakitliyi mәslәhәt görmәsi mәni
özümdәn çıxardı. Ovcumdakı stәkanın ağırlığı mәni
sakitlәşdirә bilәrdi vә onu lәzzәtlә divara çırpdım.
Qolaylamağımdan, çiliklәnәn stәkanın cingiltisindәn
Aurita yerindә quruyub qaldı. Ancaq bu, vur-tut bir an
çәkdi, dәrhal peşman oldum, mәmnuniyyәtlә hәr şeyi
geri qaytarardım, deyәsәn, ağ elәmişdim. Auritanın
“vәhşi, vәhşi, vәhşi” deyә-deyә koridorla qaçdığını
görәndә mәni vahimә bürüdü, sancı qarnımı doğradı.
Hәmişә belәyәm, Davisito. Kim bilir, bәlkә divara
bir dәnә dә stәkan, ya kasa, hәtta bardaq çırpsam, evdә