Page 34 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 34
elә bil buludların arasındaydım. Ancaq bu yarıhuşsuz
vәziyyәtdә dә Robineti şәkillә әlaqәlәndirirdim, onların
arasında hәr şeyi izah elәyәn paralellәr gәtirirdim.
XIX
İlahi! Yaşamaq bundan sonra mәnim üçün müşkülә
çevrildi. Robinet fikrimdәn çıxmırdı. Onun lırt, üzgün
sifәti hәmişә gözümün qabağındaydı. Aurita kabinetin
divarından Ponun mәnzәrәsini götürdü, çünki mәn
әldәn düşәnә qәdәr ona baxırdım. Hәrarәtim hәr gün bir
az da qalxırdı, başım çaxırdan vә yuxusuzluqdan ağır-
laşmışdı. İşdәki guşәmdә heç nә elәmәdәn saatlarla otu-
rub qalırdum. Yaxşı ki, Sançes mәnә necәsә ürәk-dirәk
verib kömәk elәmәyә çalışırdı vә süstlüyümü, demәk
olar, heç kim hiss elәmirdi.
Bir dәfә axşama yaxın elә bil bayğınlıq keçirdim,
34 arxaya yıxıldım, az qaldı başım batareyaya dәysin.
Sançes mәni tutub dedi: “İlahi, Lenuar, sәnә nә olub?”
Cavab vermәdim, ancaq heç özümü bilmirdim, Davisito,
axşam işdәn evә gedәndә isә evә çatmağa az qalmış
enlikürәk bir kişinin küçәylә qaçdığını gördüm vә
bağıra-bağıra arxasınca götürüldüm: “Ey, Robinet! Da-
yan!” Çatıb gördüm Robinet-zad deyil, heç ona bir dam-
cı da oxşamır, özünün dә mәnim kimi rәngi qaçıb. Mәnә
baxıb dedi: “Arvadım ölür, onun qanaxması var”. Bir-
likdә hәkim dalınca qaçdıq, çünki onun dәrdini öz dә-
rdim bildim, sonra üçümüz birlikdә kişinin evinә
tәlәsdik. Hәkim dedi: “Ciftin vaxtından әvvәl soyulmaq
tәhlükәsi”.
Arvadını “tәcili yardım”da xәstәxanaya apardıq vә
mәn tәk qalanda fikirlәşdim ki, dünyada hәr şey iyrәnc-
di. Bara girib çaxır istәdim, sonra yenә istәdim, birdәn
doğulacaq körpәm yadıma düşdü, başımı piştaxtaya
qoyub ağlaya-ağlaya tәkrar elәmәyә başladım: “Mәnim
bәdbәxt balam doğulacaq”.