Page 37 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 37
SƏRSƏM

Robinet tәsvir olunmuşdu! Özüydü ki var, Davisito, – MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
mәnasız gözlәri, sallaq alt dodağı vә şәlpә qulaqları.
Şübhә ola bilmәzdi! Elә hәyәcanlandım ki, azından beş 37
dәqiqә oturub yarpaq kimi әsәn әllәrimә baxdım. Sonra
yenә sübut tapmaq üçün әsәbi halda bütün şәkillәri qa-
tıb-qarışdırdım, ancaq әvәzindә daha çox hәyәcanlan-
dım, toz qaldırıb özümü tamam çaşdırdım. Sonra portreti
götürüb, dәsmalla ehmalca tozunu sildim. Şәkildә Po
şәhәrindә yaşadığımız vaxtın tarixi vә atamın imzası
vardı. Mәn gülümsәyә-gülümsәyә baxırdım, sanki, nәha-
yәt, Robineti tuta bilmişdim. O da öz mәnasız gözlәriylә
sırtıqcasına mәnә baxırdı vә yenә fikirlәşdim ki, Robine-
tin duyğuları vә onun haqqında bilgilәr mәnә atamdan
keçib, çünki Podan, yaddaşımda vur-tut baxımsız bağlar,
bir dә iri ağacların tәpәsindә atılıb-düşәn dәlә qalmışdı.

Portreti qoltuğuma vurdum, evә düşüb Auritaya
dedim:

– Yuxarıdan Robinetin portretini tapdım.
Sözümün ona toxunduğunu, adını bilmәdiyi hansı-
sa qorxudan әsәbilәşdiyini sezdim.
– Bax, – portreti göstәrib dedim, – qәribәdi, hә?
Elә bil bu, onu ilk dәfә maraqlandırdı, bir neçә dәfә
yaxınlaşıb baxdı: “Onu ömrümdә görmәmişәm. Bu ada-
mı hәyatda heç vaxt görmәmişәm”. İki dәqiqәnin içindә
özlüyümdә hәr şeyi hәll edib dedim: “Bir hәftәliyә
Fransaya gedirik. Hәkim mәnә havamı dәyişmәyi tapşı-
rıb”. “Nә? “ – Aurita hәyәcanla soruşdu. Yağlıbaş barme-
nin sözünü xatırlayıb dedim: “Robinet indi ordadı”.
Aurita get-gedә lap hәvәslәndi: “Sәnәdlәr hazırlanana
qәdәr fransız dilini öyrәnmәyimiz lazımdı”. Mәnsә ca-
vab verdim: “Belә dә keçinәrik”.

XXI

Davisito, sonra mәlum oldu ki, fransızları biz heç
cür başa düşmürük; mәn artıq qatarda vur-tut “Je ne
   32   33   34   35   36   37   38   39   40   41   42