Page 33 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 33
RSƏM

kitabla qayıtdı. Sonra mәndәn Robinetin yaşını, İs- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
paniyaya gәldiyi tarixi, nә işlә mәşğul olduğunu, Fran-
sada yaşadığı yeri soruşdular, mәnsә eyni sözü 33
tәkrarlayırdım: “Bilmirәm, bilmirәm”. Nәhayәt, konsul
dedi: “Bu adam konsulluqda qeydә alınmayıb”.

Çox kәdәrlәndim vә kontorda maaşımı alandan
sonra yağlıbaş barmenin yanına yollandım. Onun turşa-
şirin tәbәssümünü görәndә özümü miskin bir varlıq hiss
elәdim. Buna baxmayaraq, hәr şeyi öyrәnmәk fikrim qә-
tiydi. Heç nә olmamış kimi soruşdum:

– Robinet necәdi?
– O, yoxdu, – cavab verdi. – Gedib.
– Hara?
– Sizin әliniz çatmayacaq yerә. Bunu bilmәk istәyir-
diniz?
– Vәtәninә qayıdıb?
– Elәdir ki var.
Ordan çıxanda mәni tәzә bir hiss çulğadı, Davisito,
duydum ki, Robinet uzaqlaşsa da, mәn ona yaxınlaş-
mışam vә evә qayıdıb öz sevimli kreslomda oturanda
birdәn qәribә hiss keçirdim: atamın çәkdiyi Po şәhәrinin
mәnzәrәsinә baxa-baxa şәkildә qeyri-adi, tanış nәsә
sezdim. Özümә qapılıb belәcә oturduğum yerdә sanki
qәfil kimsә pıçıldadı ki, “gördüm”, Robinet ordadı vә
mәhz orda mәnim hәyatıma daxil olub. Robinet şәkillә
qaynayıb qovuşdu vә indi vәrәqdәki xәtlәri gördüyüm
qәdәr aydın gördüm, Davisito. Ağlım әsәbi coşqunluqla
bu rәsmin qәfil mәnә söylәmәk istәdiyi dәrkolunmaza
can atırdı. Mәn sanki krossvorddakı axırıncı sözün bir
hәrfini dә tapmışdım.
Yәqin, rәngim ağarmışdı, ya buna oxşar nәsә ol-
muşdu. Çünki Aurita qorxmuş halda ayağa qalxıb mәnә
yaxınlaşdı, diziüstә çöküb qışqırdı: “Allah xatirinә, elә
çәp-şәp baxma, axı mәn qorxuram, sәfeh!” Əslinә qalsa,
Davisito, gözlәrimin çәplәşdiyindәn xәbәrim yoxdu, o,
mәnim gözlәrimi açdı, mәnsә elә bil harasa uçurdum,
   28   29   30   31   32   33   34   35   36   37   38