Page 38 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 38
comprend pas, monsieur”1 , ya “Je ne comprend pas,

madame”2 deyә bilirdim, sәrhәddәn keçәndә isә fikir-

lәşdim: “Bu, iynәni ot tayasında axtarmağa oxşayır”.

Ancaq Auritanın gözlәri sevinclә parıldayırdı, birdәn-

birә onda turist vәrdişlәri әmәlә gәlmişdi vә hәrdәn

soruşurdu: “Biz axı turistik, elәdi?” Mәn “әlbәttә!” deyә

cavab verirdim vә onu kәdәrlәndirmәmәk üçün hәrdәn

susurdum.

Elә kupe yoldaşlarıyla danışanda, Davisito, başa

düşdüm ki, dil – mahnıdakı söz kimidi, sәnә bütün söz-

lәr tanış olsa da, әgәr musiqini bilmirsәnsә, onlar heç

nәyә lazım deyil. Vә әksinә, mәndәn az bilәn Aurita yax-

şı danışırdı, çünki sәsә, ritmә uyğunlaşır, bir sözün

harda qurtardığını, o birisinin harda başladığını tәxmin

edirdi. Mәsәlәn, mәnә deyirdilәrsә: “Mais on ny peut

rien...”3, anlamırdım söhbәt evdәn gedir, itdәn gedir,

yoxsa nәdәn.

38 Qatardan qollu-budaqlı ağacların әhatәsindә IV Henrixin
qәdim qәsrini görәn kimi, xatirәlәrimdәki dәlә gözümün

qabağına gәldi vә qәfil itirilmiş uşaqlıq illәrinin qüssәsi

içimә yayıldı. Onda әmin oldum ki, Po, tәsәvvür elәdi-

yim kimi boz dumana bürünmüş, sanki bütün sakinlәrin

tәrk etdiyi sakit, boz bir şәhәrdi.

Mәndә pansionun ünvanı varıydı, çünki qabaq-

cadan Kandid xalama yazmışdım, o da әvvәllәr yaşa-

dığımız evin ünvanını mәnә yollamışdı. Ona görә Piren

bulvarıyla gәzişәndә hәr şey qabaqcadan hәll olunub-

muş kimi, özümü rahat hiss elәyirdim. Biz yavaş-yavaş

gәzişirdik, mansardlara tamaşa elәmәkdәn lәzzәt alır-

dıq vә haqqımızda nә düşünәcәklәrindәn qorxmurduq.

Yolayrıcılarında ayaq saxlayır, lövhәlәrdәki küçә adla-

rını ayırd elәmәyә çalışırdıq. Kordelye küçәsinin tinindә

qoca bir kişidәn Düpla küçәsinә necә gedәcәyimizi

1 Je ne comprend pas, monsieur – Mən başa düşmürəm, müsyö. (fr.)
2 J e ne comprend pas, madame – Mən başa düşmürəm, madam. (fr.)
3 Mais on ny peut rien – Ancaq burda heç nə eləmək olmaz. (fr.)
   33   34   35   36   37   38   39   40   41   42   43