Page 36 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 36
dәnimin hәr yerindәn boynumdakı şişlәrdәn çıxır, sonra
hamısı hava şarları kimi partlamağa başlayırdı vә hәr
şardan körpә uşaqlar çıxıb ayaqlarını oynadır, sonra
xırda mәmәcikli hәmin şişlәrdәn Aurita da әmәlә gәlirdi,
körpәlәr çarpayıda imәklәyib hәrәsi öz şişindәn әmmә-
yә başlayanda isә Aurita elә tez әriyirdi ki, suyu çәkil-
diyinә görә hәkim mәcbur olurdu ona maye vursun.
Körpәlәr pişik balaları kimi acgözlüklә analarını әmirlәr,
onlara baxanda çimçәşirәm, ürәyim bulanır vә elә ehti-
yatla tәrpәnmәli oluram ki, heç birini әzmәyim. Belәcә,
tәr içindә vә ürәyimdә sıxıntı oyanıram. Bir sәhәr yanı-
ma gәlәn hәkimә dedim:

– Mәnim arvadım hamilәdi. Nә fikirlәşirsiniz, bәlkә,
әkizdi?

– Niyә әkiz olmalıdı?
– Axı әkiz dә olur...
O, mәnә qulaq asmadı. Şişi әliylә yoxlayıb dedi:
– Sağalmağa doğru gedir. Ayağa durmaq olar, an-
36 caq özünüzü gücә salmayın. İmkan varsa, şәraitinizi
dәyişin, sizә faydası dәyәr.

XX

Ayağa qalxmağı çox istәyirdim, Davisito, çünki va-
lideynlәrimin yuxarıda, az qala icarә pulu da vermәk la-
zım gәlmәdiyi çox münasib anbarda saxlanılan köhnә-
köşkülünә әmәlli-başlı baxmaq üçün sәbrim çatmırdı.
Mәnim hәmişә vaxtım az olub, o zaman isә on beş ildә
ilk dәfәydi xәstәlәnmişdim, belә çıxırdı ki, әvvәllәr bu
әşyaları necә lazımsa sahmana salmamışam. Etiraf elә-
yim ki, atamın eskiz vә tablolarına, anamın mühasibat
kitablarına vә qeydlәrinә ardıcıllıqla baxanda әllәrim
әsirdi.

Bir şәkli çevirib baxanda, Davisito, döşәmәyә yıxıl-
mamaq üçün köhnә sәbәtin üstündә oturdum. Şәkildә
   31   32   33   34   35   36   37   38   39   40   41