Page 32 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 32
öz hökmümü çoxdan yeridәrdim. Ancaq belә çıxır ki,
sözümün üstündә durmağa göstәrdiyim xırda bir
cәhddәn sonra, mәni tәәssüf hissi bürüyür, özlüyümdә
deyirәm ki, Aurita haqlıdı, mәnim kimi әri olanın hәyatı
cәhәnnәmdәn betәrdi. Axırda geri çәkilirәm, ailәdәki
dincliyә ordan-burdan birtәhәr yamaq vurub, başımı
aşağı salıram, belә çıxır ki, qalib olmaq әvәzinә mәğlub
olmuşam vә mövqeyim laxlayır.

Auritanı sakitlәşdirdim, gecә köynәyini bir daha
tәzәlәdik, ancaq bu dәfә hiss elәdim ki, elә dә sәmimi-
qәlbdәn üzr istәmirәm, üsyankar fikirlәr hәlә içimdә
civildәşir, dava-dalaşdan, qarışıqlıqdan zәhlәm getdi-
yinә görә belә hәrәkәt elәyirәm.

Hәr halda, bu qәribә hәrәkәtim mәni çaşdırdı,
ürәyimin dәrinliyindә dedim: “Özünü aldatmaq nәyә
lazım? Sәrsәmlik adamı belә haqlayır”. Mәni dәhşәt
bürüdü, Davisito, çünki dünyada hәr şeydәn çox ağlımı
32 itirmәkdәn qorxuram. Hәrdәn-hәrdәn havalandığımı,
demәk olar, cismәn hiss elәyirdim vә doğrusunu desәm,
son vaxtlar bunu daha çox duyurdum. Özümdәn soru-
şurdum: “Robinetә görә belәdi?” Vә cavab verirdim:
“Görüm onun başı batsın”. Başı batacaqdı, batmaya-
caqdı – mәnim çox da vecimә deyildi, әslindә isә bircә
şeyi arzulayırdım: “Onu tapmaq!”

XVIII

Bir sәhәr ağlıma bәzi fikirlәr gәldi vә durub fransız
konsulluğuna yollandım. Sarışın oğlandan konsulun
yanına necә düşmәyi öyrәndim. Konsul mәni gözlәtsә
dә, narahatçılığımı çox bildirmәdim, çünki qәbul
otağındakı divanda әylәşmәk lәzzәt elәyirdi. Konsul
iri eynәkli, genişalınlı bir adamdı, danışanda sözün axırını
yeyirdi. Robinet haqqında ondan soruşanda, zәngi basdı
vә xidmәtçi gәlib tapşırığa qulaq asandan sonra gedib
   27   28   29   30   31   32   33   34   35   36   37