Page 27 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 27
RSƏM

uzun ağ pasta sıçrayıb mәzәli şәkildә әyilәrәk güzgüyә MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
yapışdı. Hirsli-hirsli yataq otağına keçib Auritanı oyatdım.

– Sәn nә vaxtsa pastanın qapağını bağlayacaqsan,
ya yox?

– Demәk, mәni buna görә oyatmısan? Sәfeh!
– Bu evdә nә vaxtsa sәliqә-sahman olacaq?
– Nә mәnada sәliqә-sahman?
– Elә o mәnada!
– Əzizim, tәlәs, yoxsa işә gecikәrsәn!
Bu sözüylә o, mәni tәrk-silah elәdi, Davisito, ona
yaxınlaşıb qucaqladım, öpdüm, üzr istәdim, o isә as-
tadan dedi: “Yana çәkilim, uzan, istәyirsәn?” Vә çәkilib
pıçıldadı: “Başında bir belә qarışıqlıq olması sәnin üçün
azdı?” Mәn yenә onu qucaqlayıb sığalladım, öpdüm.
Əynindә evlәndiyimiz gecә geyindiyi krujevalı hәmin
gözәl köynәkdi. Biz onu sәhәr-sәhәr bir daha tәzәlәdik.

XVI 27

Çox gecikmişdim, qol çәkdiyimiz vәrәqi apardıq-
larından, qapıçı qadının yanına gedib dedim:

– Nә vaxta qәdәr bizimlә mәktәbli kimi davrana-
caqlar?

– Bunu direktordan soruşun, – o, cavab verdi.
– Mәnim direktora deyilәsi sözüm yoxdu.
– Di yaxşı. Başlama sәhәr-sәhәr.
– Nә? – әsәbi halda soruşdum.
– Heç nә, – o dedi.
– Mәsәlә elә ondadır da! – dedim.
Özümü tanımadım, Davisito. Vә fikirlәşdim:
“Bütün bunların günahı Robinetdәdi”. Sançesin hәrәkәt-
lәrimә mat qaldığını görüb ona yaxınlaşdım.
– Enrike, nәsә lazımdı?
– Yox, nә olub?
– Gözünü çәkmәdәn mәnә o qәdәr baxdın ki, de-
dim, yәqin nәsә istәyirsәn.
   22   23   24   25   26   27   28   29   30   31   32