Page 22 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 22
qәrara aldım: “O biri yola atılaram”. Bu yerdә sürünә-
sürünә yaxınlaşan qorxu pıçıldadı: “Birdәn hәr iki
yoldan eyni vaxtda qatar gәlsә?” Qorxu ilan kimi boğa-
zıma dolansa da, sakitlәşmәk üçün özümә tәsәlli ver-
dim: “Lәnәt şeytana, belә şey olmaz. Artıq bu vaxtlar,
demәk olar, qatar işlәmir”. Elә bu zaman qatarın fiti eşi-
dildi, ayağımın altındakı relslәr titrәdi. Sәs arxadan gә-
lirdi vә içimdәki әsmәcәylә işığın haçan peyda olacağını
gözlәdim. Bütün diqqәtimi toplayıb, bu sәsi әks tәrәfdәn
dә eşitmәyә çalışırdım, ancaq eşitmәyib o biri yola tul-
landım vә vaqonların işığında uzaqdan görünәn Robi-
netin arxasınca götürüldüm.

Sonra yenә qaranlıq çökdü, bir az keçmiş növbәti
stansiyanın işıqlı qübbәsi göründü. Tәzә gәlәn qatarın
gurultusunu eşitdim, eyni zamanda, Robinetin yöndәm-
siz halda perrona çıxdığını gördüm. Qatar aramızı kәsdi.
Qeyri-ixtiyari bir-iki dәfә qışqırdım, sonra öz-özümә
dedim: “Nәdi, qışqırıqla kimisә saxlaya bilәcәyini düşü-
22 nürsәn?” Özüm dә cavab verdim: “Yox”. Onda ağlım
qulağıma pıçıldadı: “Niyә axı qışqırırsan?” Etiraf etmәli
oldum ki, Robineti tәkbәtәk döyüşә çağırmaq üçün qış-
qırıram, intәhası, bunu niyә etmәli olduğumu özüm dә
düzәmәlli bilmirdim.

XIII

İki il әvvәl, mayın üçündә anamız öldü, Davisito.
Çoxdan sozalsa da, demәk olar, qәfildәn quş kimi uçub
getdi. Onu sadә, tәmtәraqsız dәfn elәdim, çünki imka-
nım yox idi, hәm dә tәmtәraqdan anamın özünün dә
xoşu gәlmәzdi.

Bu iki ildә anam haqqında çox düşünmüşәm,
Davisito. O, atamla xoşbәxt deyildi, üstәlik, sәnin gedi-
şin onu çox üzdü. Son günlәr işias1 da yazığı tәngә gәtir-

1 İşias – oturaq sinirin iltihabı
   17   18   19   20   21   22   23   24   25   26   27