Page 20 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 20
Boynumdakı şiş balacalaşmadı; bәrkimişdi, ağrısı
da kәsmirdi; kistaya oxşayırdı, ancaq yayğın idi. Prak-
tikant qorxulu bir şey olmadığını deyirdi, ancaq onu
inandırmağa çalışırdım ki, şişdәn süst oluram, xüsusәn
dә gecәlәr ruh düşkünlüyü hiss elәyirәm. Onda prak-
tikant bunun hәrarәtdәn olduğunu dedi vә tapşırdı ki,
hәrarәtimi tez-tez ölçüm.
Heç vaxt hәrarәtini tez-tez ölçmә, Davisito. Görür-
sәn ki, 37,2-di, fikirlәşirsәn: “Sabah düşәr”. O biri gün
37,1 olur, fikirlәşirsәn: “Sabah, doğrudan, hәrarәtim ol-
mayacaq, artıq düşür”. O biri gün 37,3 olduğunu görüb
fikirlәşirsәn: “Yox, deyәsәn, işlәr fırıqdı”. Əlindә ter-
mometr, әtrafındakıların üstünә cumursan; bircә sәnin
hәrarәtin var vә hiss elәyirsәn ki, bu hәrarәt sәni dә,
ailәni dә mәhv elәyәcәk.
Hәrarәtimi tez-tez ölçmәyim Auritanı әsәbilәş-
dirirdi; deyirdi, әslinә qalsa, özünü necә hiss elәmәyin
20 vacibdi. Dedim, özümü pis hiss elәdiyimә görә ter-
mometr qoyuram, o isә cavabında dedi ki, özümü pis
hiss elәmәyim hәrarәtdәn qorxduğuma görәdi. Bundan
elә dә baş çıxara bilmirәm, Davisito, qısası, halım xa-
rabdı: ya qorxudandı, ya da hәrarәtә görәdi, ancaq onu
bilirәm ki, fәrq burda çox kiçikdi, nәdәn – qorxudan,
hәrarәtdәn, ya ürәkbulanmasından müalicә olunmağın
dәxli yoxdu.
Necә olsa da, şiş әvvәl-әvvәl işә getmәyimә mane
olmurdu. Sançes dedi ki, qayınatasının da boynundan
qәfil şiş çıxmışdı, elә qәfil dә çәkilib getdi, sәndә dә
sağalar, özü sağalmasa, hәkim sağaldar. Soruşdum: “Bәs
qayınatanın hәrarәti varıydı?” Cavab verdi ki, olub-
olmadığını bilmirәm, ancaq onun da peysәrindә sәninki
kimi şiş varıydı. Mәn Sançesә qulaq asmadım, hesab
elәyirdim ki, yod hәm yaxşı yemәk demәkdi, hәm yaxşı
yuxu – bu, Tanrının hökmü kimi bir şeydi, Tanrının
hökmü ilә dә hәr şey vaxtı çatanda sağalır.