Page 23 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 23
RSƏM
mişdi, ölümünә az qalmış bir ara hәkimi ayaqlarına ot MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
vannası elәmәyi mәslәhәt görmüşdü; bu, kömәk elәdi,
ancaq soyuqdәymәdәn canını qurtara bilmәdi, çünki 23
zavallı anam lәyәndәn ayağını çıxarmadan yatmaq
istәyirdi. Yoxsa ağrıdan yata bilmirdi. Davisito, anamla
necәsә pis davrandığım yadıma gәlmir, hәrçәnd bәzәn
sәbәbsiz yerә, axmaq xasiyyәtimin ucbatından nәsә olur-
du, bunun da әzabını çәkirәm.
Son illәr anam danışmağı çox sevirdi, başqa qocalar
kimi xatirәlәrlә yaşayırdı. İki gündәn bir atamla necә
tanış olduğunu danışırdı, özü dә elә yerli-yataqlı ki,
guya әvvәllәr eşitmәmişdim. Xatırlayanda çox kövrә-
lirdi: “Gün tutulmasına baxması üçün rәngli şüşәni
tәzәdәn ona qaytaranda, düz gözümün içinә baxıb dedi:
“Lazım deyil, mәnim üçün gün daha tutulmayacaq”.
Hәmişә dә bu sözlәrdәn sonra xeyli susurdu. Ancaq
әksinә, Po haqqında, Fransadakı yaşayışımız barәdә
tәlәsik danışırdı, sanki söhbәtini tezcә bitirmәk istәyirdi.
Anam orda xoşbәxt olmamışdı, Davisito, çünki atamız
hәmin vaxt gün tutulmasını artıq unutmuşdu, başı kazi-
noya, bir dә öz şәkillәrinә qarışmışdı. Bir dәfә
soruşmuşdum: “Bәs biz Poya niyә getmişdik?” O isә
cavab vermişdi: “Atan dedi ki, rәssamın burda әl-qol
açmasına imkan yoxdu. Mәn Parisdә, Tuluzada sәrgimi
nümayiş etdirmәliyәm”. Davisito, mәn şübhәlәnirәm ki,
o, Parisdә, Tuluzada tәkcә şәkillәrini nümayış etdir-
mirdi. Anamdan daha çox şey öyrәnmәyә çalışırdım,
çünki ordakı hәyatımız barәdә susmağa üstünlük ver-
diyini görürdüm. Bir axşam dilindәn qaçırdı: “Sәn
doğulanda mәn tәk idim, qapıçı madam Luvua gәlәnә
qәdәr hәr şeyi özüm elәyirdim”. Davisito, ürәyimdә
mәrhum atama qarşı dәrin nifrәt oyandı. Anam hәmin
tarixçәnin kәdәrli sonluğunu danışana qәdәr bu nifrәt
azalmadı. O, hәmişә deyirdi: “Atan ölәndә...” Bir dәfә
soruşdum: “Bәs o, nәdәn öldü?” Mәni eşitmirmiş kimi
tәkrar elәdi: “Atan ölәndә...” Sonralar bir müddәt daha