Page 21 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 21
SƏRSƏM
XII MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
Əgәr gözlәnilmәdәn rastlaşmasaydım, yәqin, bun- 21
lara başım qarışdığından Robineti unudub, Auritaya
verdiyim anda sadiq qalacaqdım. Hәmin axşam kredit
şöbәsindә işlәyәn Fando toyqabağı qonaqlıq verirdi.
Fando sısqa, çopur, qarayanız bir adamdı. Hәmişә
qәhvәyi rәngdә paltar geyinir, özü dә çox sәliqәlidi,
işlәyәndә qara qolçaq taxır. O, bizi yaxşıca yedirib-içirdi,
axırda mәn Sançes vә Berriqotla qaldım, o birilәr
qadınlarla gәzmәyә getdilәr.
Mәn süstlәşmişdim, axşam sәrin olsa da, әmәllicә
tәrlәmişdim. Öz-özümә dedim: “Şәnlәn, bu qonaqlıq
sәnin şişinә xeyirdi”. Elә hәmin an hansısa pәzәvәngin
küçәni keçib metroya tәrәf qaçdığını gördüm. Birdәn
ağlıma gәldi: “Axı mәn onu tanıyıram”. Qiymәtli vaxtı
itirmişdim, dәrhal mәnә çatmamışdı: “Axmaq adam, bu
ki Robinetdi!” “Bağışlayın!” demәyә macal tapıb onun
ardınca götürüldüm, әldәn düşmüş Robinet isә qabaqda
yorturdu; qışqırdım ki, dayansın, ancaq heç vecinә dә
olmadı, qaçıb özünü metroya saldı. Yüyürә-yüyürә
fikirlәşdim: “Qarşımdakı adamın vicdanı tәmiz deyil,
ona görә aradan çıxır”. Pillәkәndә yavaşıdım. Fandonun
çaxırından başım gicәllәnirdi, boynumu sındırmamaq
üçün ehmalca aşağı düşdüm. Stansiyada heç kim yox
idi, yalnız qulaqbatıran qәribә bir sükut hökm sürürdü
vә birdәn Sançesin, Berriqortun yuxarıdan mәni sәs-
lәmәsiylә eyni vaxtda, tunelin sağ tәrәfindә addım sәs-
lәri eşitdim. Çox düşünmәdәn relslәrin üstünә tullanıb,
qaranlığa cumdum. Var gücümlә Robineti çağırdım,
ancaq cavabında tuneldә vur-tut әks-sәda eşidildi.
Əvvәlcә qaranlıqda işıldayan relslәrin üstüylә qaçdım,
ancaq get-gedә qaranlıq qatılaşdı, onda ürәyimin
döyüntüsünü peysәrimdәki şişdә hiss elәdim. Fikir-
lәşdim: “Bircә qatarın altına düşmәyim”. Vә özlüyümdә