Page 17 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 17
SƏRSƏM

IX MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ

Ona görә bankdakı işim barәdә düşünmәyә üstün- 17
lük verdim, xoşbәxtlikdәn orda mәnә rahat, xәlvәt bir
yer ayırmışdılar. Gözünün qabağına gәtir, Davisito,
pәncәrәnin qarşısında yazı stolu, onun yanında da
hәmişә belimi qızdıran batareya. Mәn orda tәmtәkәm,
yanıma mәxsusi kimsә gәlmәsә, nә görәn var, nә eşidәn.
Orda öz kefimә Robinet haqqında düşünüb, fikrim
dolaşmasın deyә, qeydlәr aparırdım, gecәlәr çimir
almağa qoymayan fәrziyyәlәr yürüdürdüm; bir sözlә, o
günlәr başım o qәdәr gәrgin, eyni zamanda, әbәs yerә
işlәdi ki, üzüldüm vә boynumda şiş әmәlә gәldi. Mәnә
sığorta ilә baxan hәkim bunun qanqliit1 olduğunu dedi,
çox yemәyi, gündә on saat yatmağı mәslәhәt gördü.
Ancaq Aurita hay-küy saldı ki, әgәr mәn öz yaramaz
şişimlә bu qәdәr әllәşirәmsә, bәs o, özününküylә nә
etmәlidi?! Mәnim narahatçılığım, özümә qapılmağım
onu әsәbilәşdirirdi, nәhayәt, bir axşam alәmi qatdı,
başladı çamadanını yığmağa ki, anasıgilә gedir. Onu
saxlamaq istәsәm dә, yola gәlmәdi.

– Bәlkә әrimin mәşuqә saxlamağına da dözmә-
liyәm? – dedi.

– Belә danışma!
– Deyirsәn, danışmayım? Bәs bütün günü nә haqda
fikirlәşirsәn, niyә yatmırsan, niyә yemirsәn, bilmәk olar?
And içmişdim ki, ona heç nә demәyim, Davisito,
çünki bәrk qorxudan eybәcәr uşaq doğulduğunu bilir-
dim, ancaq halını görüb hәr şeyi olduğu kimi danışdım.
O, mәnә qulaq asıb dedi:
– Gündә yüz dәfә mәndә belә şeylәr olur; kimisә
görürәm, ancaq hansı dükanda işlәdiyi yadımda qalmır.
Sәfehlikdi bunlar, boş şeylәrdi.

1 Qanqliit – əsəb düyünlərinin iltihabı
   12   13   14   15   16   17   18   19   20   21   22