Page 15 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 15
SƏRSƏM

Tәsadüfә bax: film, milyonçu qadına vurulan kiçik MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
bank xidmәtçisindәn bәhs edir, milyonçu qadınsa, onun
pulunu yox, özünü sevdiyinә әmin olmaq üçün yalan- 15
dan kiçik bir işçi olduğunu deyir. Özümü saxlaya
bilmәdim, Davisito, ona tәrәf әyilib titrәk sәslә pıçıl-
dadım: “Mәn dә bankda işlәyirәm”. Qız gülümsәyib as-
tadan cavab verdi: “Ancaq mәn milyonçu deyilәm”.
Cәsarәtlәnib dedim: “Belә daha yaxşıdı”. Kinodan
çıxanda onu evә ötürdüm, sonra hardan gәlib, hara get-
diyini öyrәnmәk üçün bir neçә gün güddüm. Bir dәfә o,
başqa kinoteatrda növbәyә durmuşdu, guya tәsadüfәn
ordan keçirdim, yaxınlaşıb soruşdum: “Senyorita, mәnә
bilet ala bilәrsinizmi?” Tәәccüblü olsa da, bu hәrәkәtimә
güldü vә hәmin gündәn dostlaşıb tez-tez görüşmәyә
başladıq. O vaxtlar bir tәlәbәylә yaşayan vә ondan kirayә
haqqı almayan ev sahibәsi, qarnını pivәylә doldurub hәr
gecә vannaya siyәn yaramaz belçikalı artıq mәni tәngә
gәtirmişdi.

Bir axşam bir-iki qәdәh içib Auritaya dedim ki,
onunla evlәnib vannası olan üçotaqlı evdә yaşasam,
özümü xoşbәxt sayardım. Gülüb belә cavab verdi: “Nә
deyim, gәl xoşbәxt olaq”. Başladıq haqq-hesab apar-
mağa, – mәn bunu tez elәmәyi bacarıram – onda Aurita
dedi: “Əzizim, bircә unutma ki, mәn kino dәlisiyәm”.
Gözlәrini yumub, guya ağlamsındı vә hәmin an Davi-
sito, mәn onu öpmәk istәdim!

VIII

İndi Aurita mәnimlә sәrt davrananda da onu
bağışlayıram, çünki bu şәhәrdә tәk-tәnha vә kömәksiz
qalanda, mәnә әlini uzatmışdı, mehribançılıq elәmişdi.
Hәmin axşam donquldananda ki, gec gәlmişәm, çaxır
iyi verirәm, mәn heç nә demәdim, yalnız Robinet
haqqında düşünәrәk yemәyә oturdum. Axırda başa
düşdüm ki, Robinet xәstәliyinә tutulmuşam. Bu qәri-
   10   11   12   13   14   15   16   17   18   19   20