Page 11 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 11
RSƏM
nunda danışdığını sonra hiss elәdim. Barmenin istehzalı MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
tәbәssümü sanki pәzәvәngi qızışdırırdı.
11
– Başa düşürsәn, dünyada bundan pis şey yoxdu.
Mәsәlә tәkcә qaranlıqda deyil. Mәsәlә... hәr şeydәdi!
Əgәr qalxmaq alınmırsa, ayağını uzatmağa çalışırsan,
bundan da bir şey çıxmır, çünki atan, qardaşın, ya necә
deyәrlәr, doğmalarından, yaxınlarından kimsә ölçünü
lap dәqiq götürüb, çünki hәr şeyi düppәdüz elәdiklәrini
göstәrmәyi xoşlayırlar, hәm dә taxta bahadı, niyә axı
bәdxәrclik elәsinlәr, pulu sağa-sola xәrclәsinlәr. Bir
sözlә, hәtta ayağını uzatmaq belә mümkün deyil, onda
başa düşürsәn ki, ağzıbağlı yerdәsәn; qәm-qüssә basır
sәni, yenә qımıldanırsan, ancaq hәr yan taxtadı, üstәlik
dә, arvadının, ya qardaşının әyninә geyindirdiyi paltar
sәnә mane olur, әl-qol açmağa qoymur. Qәfil tәnhalıq
hiss elәyirsәn. Bax, әn pisi dә tәnhalıqdı. Sәssizlik
adamın üstünә gәlir. Taxtaların arasından sükut süzülür,
qışqırırsan ki, bu sükutu batırasan, heç olmasa, özündәn
uzaqlaşdırasan, ancaq qışqırığın taxtaların arasında itib-
batır, artıq üç metr o yanda da eşidilmir; xırıltılı bağırtın
sәni ümidsizlәşdirәnә qәdәr qışqırırsan, çünki bu
qışqırıqlardan әtrafdakı sәssizlik daha da qatılaşır. Qәfil
fikirlәşirsәn: “İlahi, mәni diri-diri basdırıblar!” Öz qo-
lunu dişlәyirsәn, sәni qalxmağa qoymayan taxtaları dır-
naqlarınla cırmaqlayırsan, yorulana qәdәr dünyada hәr
şeyi yamanlayırsan. Sonra ulayırsan, başa düşәndә ki,
havan çatmır yenә acığını tabutun qapağından çıxırsan,
ancaq sәnin arvadın, bacın, ya necә deyәrlәr, doğ-
maların, yaxınların möhkәm materialdan – şabalıd, ya
qoz ağacından tabut düzәltdiriblәr ki, dostlar desin:
“Əhsәn, demә zavallıya hörmәt elәyirlәrmiş, özlәrini gör
necә xәrcә salıblar”. Bu yaramazları öldürәrdim. Bir az
yumşağını, mәsәlәn, şam ağacından düzәldilәni almaq-
dansa, sәnә әzab verirlәr, guya xeyrin üçün çalışıblar,
istәyiblәr yaxşı qalasan, tez çürümәyәsәn. Bilirsәn,
bütün bunlar cox kәdәrlidi.