Page 6 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 6
әdәbiyyatı әnәnәlәrinә söykәnәn yazıçılar da vardı. Onlardan biri
dә görkәmli ispan yazıçısı Migel Delibesdir.
Delibes әdәbi yaradıcılığa başladığı dövrdә tremendizmin
tәsiri çağdaş ispan әdәbiyyatında hәlә çox güclü idi vә bu tәsir
gәnc yazıçıdan da yan ötmәdi. Onun “Sәrv ağacının uzun
kölgәsi” (1947) adlı ilk romanı ağrılı-acılı hәyatdan, ölümdәn
bәhs elәyirdi vә gözlәmәdiyi halda yazıçıya böyük uğur gәtirәrәk –
Nadal adına әdәbiyyat mükafatına layiq görüldü. Sonralar De-
libes yazırdı: “Mәnә mükafat verdilәr, mәn dә romançı olmağı
özümә borc bildim”. Yalnız üçüncü romanında (“Yol”) Delibes
öz mövzusunu vә öz qәhrәmanlarını tapa bildi: ispan kәndi onun
50-60-cı illәrdә qәlәmә aldığı әsәrlәrin aparıcı mövzusuna
çevrildi. Yazıçı öz mövqeyini belә izah edirdi: “Heç vaxt dәyәrini
itirmәyәn nәlәrisә ömürboyu axtarmışam... vә indiyә qәdәr
tәbiәtdәn ayrısını tapmamışam. Ona görә adi, sadә insanlara
sevgimi şıltaqlıq saymayın. Mәnim üçün roman, hәr şeydәn
әvvәl, insan obrazıdır. Öz tәbiiliyini, saflığını itirmәyәn insanı
isә ancaq sadә xalqın içindә tapmaq olar”. “Xalq” deyәndә yazıçı
kәndә, torpağa bağlı insanı nәzәrdә tuturdu, onu öz kökündәn,
yüzillәrin adәt-әnәnәsindәn ayıran şәhәr hәyatına isә qorxu ilә
yanaşırdı. Epistolyar janrda yazılmış “Altmış yaşlı hәyat aşiqinin
6 mәktubları” әsәrindә dә bu mövzuya toxunulur.
Ancaq Delibesin mövzu dairәsi tәdricәn genişlәnib, hәyatın
yeni-yeni qatlarını әhatә elәyir; yazıçı sivilizasiyanın birbaşa
tәnqidindәn fәrqli olaraq, onun daşıyıcılarının sosial faciәsini
araşdırmağa başlayır: hәr şeyә tәnqidi yanaşan, özgә dәrdinә
biganә qalmayan, xalq qarşısında öz mәsuliyyәtini hiss elәyәn
müasir ispan ziyalısının obrazı önә çıxır. Yaradıcılığının bu
mәrhәlәsindә sosial vә әxlaqi problemlәr dә yazıçının diqqәtindәn
kәnarda qalmır (“Beş saat Mario ilә birlikdә”, “Atalarımızın
müharibәsi”, “Taxtdan salınmış şahzadә”).
XX әsr ispan әdәbiyyatının sonuncu klassiki adlandırılan
Migel Delibes müxtәlif dillәrә tәrcümә olunan 50 kitabın
müәllifidir. Yazıçı bir çox әdәbi ödüllәrә, o cümlәdәn, ispandilli
әdәbiyyatın әn nüfuzlu mükafatı sayılan Servantes mükafatına
(1993) layiq görülüb. 1998-ci ildә çap edilәn “Kafir” romanına
görә isә Nobel mükafatına namizәd göstәrilib.
Saday Budaqlı