Page 8 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 8
I

Əziz Davisito!

Mәnim biçarә Davisitom! Bax, yenә sәnә mәktub

yazıram. Tәkcә sәn tәrs deyilsәn, bu xasiyyәt ikimizә dә

anamızdan keçib; hәr halda qardaşlar arasında belә şey

yaxşı deyil, әgәr sәn mәnim yanıma gәlmәsәn, mәn

sәnin yanına gәlәcәyәm, nәticәdә eyni şey alınacaq.

Bunları Sançesә danışanda, dedi: “Nәdi, başın xarab

olub? Ona üz vermәk lazım deyil”. Mәnsә cavab verdim:

“Biz axı qardaşıq”. – “Fәrqi yoxdu”, – Sançes dedi. – Da-

visito, nә gizlәdim, bir az fikirlәşdim, yalnız Aurita

deyәndә ki, doğma qardaşına bir-iki kәlmә yazmaq nә

böyük işdi, onda düşündüm: “Axı o, doğru deyir”.

Davisito, son vaxtlar heç özümdә deyilәm. Hәlә dә

baş aça bilmirәm, hәqiqәt hardadı, yalan harda. Birçә

8 onu bilirәm ki, dәhşәtli dolaşıqlıq olub, onun ucbatından
hәr şey dәyişib.

Otur, Davisito, siqaret çәkmәk istәyirsәn, çәk

(şәxsәn mәn mәslәhәt görmürәm, burda çoxdan hesab

edirlәr ki, siqaret xәrçәng yaradır) vә diqqәtlә oxu,

bacardığım kimi hәr şeyi sәnә izah elәyәrәm.

II

Hәr şey 13 oktyabr axşamı kontordan dilxor halda
çıxanda başladı; lap uşaqlıqdan payızda özümü,
nәdәnsә, gücsüz hiss elәyirәm. Şәhәrin mәrkәzi hәmin
vaxt әhvalımı yaxşılaşdırmadı, nәsә mәni sıxır, kәdәr-
lәndirirdi. Ona görә, ya bәlkә Tanrı belә istәdi, soldakı
ilk tinә buruldum. Mәnә elә gәlir, rahatlığım üçün bu
cür hәrәkәt elәdim, ancaq sonra fikirlәşdim ki, buna in-
sanlarla hadisәlәr arasında hәrdәn yaranan gizli cazibә
qüvvәsi günahkardı. Bir xeyli hara gәldi getdim vә gәlib
kimsәsiz bir dalana dirәndim. Bu yerdә közәrәn lamp-
   3   4   5   6   7   8   9   10   11   12   13