Page 12 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 12
V

İndi alnında tәr damcıları parıldayırdı. Nәfәsi

tәntimişdi. Danışdıqlarını yaşadığı hiss olunurdu. Bar-

men daha gülümsәmirdi. Əlini ağ pencәyinә silib dedi:

– Lәnәt şeytana, adam elә fikirlәşәr ki, bunlar sizin

başınıza gәlib.

Bu yerdә özümü saxlaya bilmәyib qışqırdım:

– Yenә ağ çaxır!

Pәzәvәng içmәyinә ara vermәdәn çevrildi. Bu vax-

tacan burda olduğumu sezmәmişdi. Şüşәnin arxasından

bәrәlmiş göz mәnә zillәnmişdi. Hәdәqәsindәn çıxmış bu

әcaib göz stәkanın dibindә get-gedә böyüyürdü. O, bir

müddәt belәcә oturdu, sanki mәnә zәrrәbinlә baxırdı.

Adi gözlә şüşәnin böyütdüyü göz arasındakı fәrq ağır

tәәssürat yaradırdı. Davisito, elә bil onu görәndә

12 keçirdiyim hisslәri, indi o, mәni görәndә keçirirdi.
Yağlıbaş barmen mәnә çaxır süzәndәn sonra, piştaxtanın

arxasına qayıdıb tәkrar elәdi:

– Elә tәsvir elәdiniz, sanki öz başınıza gәlib. Adam

mat qalır!

O, gözünü mәndәn çәkib, yavaş-yavaş barmenә sarı

döndü.

– Mәn bunu hәr gecә yuxuda görürәm, – dedi. –

Başıma gәlsә, bundan yaxşıdı. – Bir az susub, sonra әlavә

etdi. – Bir kәndli haqqında әhvalatı bilirsәn? İstәyiblәr

onu müqәddәs hesab elәsinlәr, ancaq son mәqamda

dözümünü itirdiyinә görә fikirlәrindәn daşınıblar.

Barmen başını silkәlәdi. Araya üzücü sükut çökdü.

Mәn dözmәyib qışqırdım:

– Bir stәkan da ağ çaxır!

Pәzәvәng yenә mәnә sarı döndü. Sözünü kәsmәyim

xoşuna gәlmәmişdi. Yağlıbaş hәvәssiz-hәvәssiz mәnә

çaxır süzüb, piştaxta arxasına qayıtdı. Pәzәvәng sözünә

davam elәdi:
   7   8   9   10   11   12   13   14   15   16   17