Page 16 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 16
bәliyi Aurita da hiss elәdi, hәtta qiymәtli kağızlar
şöbәsindә bir yerdә işlәdiyim Sançes dә.
– Lenuar, son iki hәftәdi key kimisәn. Nәsә olub?
Sançesin sözündәn sonra, Davisito, ilk dәfә fikir
verdim ki, Robinetin soyadı kimi mәnimki dә fransız
soyadıdı vә öz-özümә dedim: “Bu da daha bir tәmas
nöqtәsi”. Ancaq kontordan çıxanda fikirlәşdim: “Fransız
soyadında axı nә ola bilәr ki?” Çünki, Davisito, babam
Lenuarın hәyat tarixçәsini yaxşı bilirdim: Reynos-San-
tander dәmiryolunu çәkmәyә necә gәlib, tunel
qazdıqları bir kәnddә nәnәmlә necә tanış olub, gәlmәlәri
heç xoşlamayan ulu babam isә deyib: “Mәnim fransıza
vermәyә qızım yoxdu”. Ancaq daşları deşmyә vәrdiş
elәmiş babam, nәnәmin könlünә asanca yol tapıb.
Gizlincә görüşәndә nәnәmә deyirmiş: “Ma cherie, mon
amour est aussi grand, aussi ferme, et definitif que une
de ces hautes montagnes”. Sonra ulu babam güzәştә
getmәli olub, çünki babam Lenuar qorxudub ki, әgәr
16 üçüncü fıştırıqdan sonra nәnәm eyvana çıxmasa, onların
pәncәrәsinin qarşısında özünü güllәlәyәcәk. Davisito,
sәn, әlbәttә, soruşa bilәrsәn: “Müsyö Robinetin buna nә
dәxli?” Mәn dә özümdәn soruşmuşam, yüz dәfә o tәrәf-
bu tәrәfә çevirmişәm, hәtta babam Lenuarın sifәtinin
yerindә Robineti tәsәvvür elәmişәm, hәtta Robinet
birdәn necә yumşaldığını xәyalımda canlandırmışam:
“Əzizim, mәnim sevgim bu dağlar kimi böyük, möhkәm
vә sarsılmazdı”.
Ancaq, Davisito, düzünü desәm, Robinet get-gedә
mәndәn uzaqlaşırdı, mәnsә aramızdakı bağın qırılma-
masına çalışırdım, iştahamı, yuxumu, rahatlığımı
itirmişdim, Aurita isә mәni danlayırdı, aspirin içmәyimi
tövsiyә elәyirdi, dәqiqәdәbir tәkrarlayırdı ki, onun
qarnındakı ikimizә dә aiddi vә biz gәrәk bәrabәr mәsu-
liyyәt daşıyaq.