Page 45 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 45
RSƏM

qapılar, qapıların üstündәki lövhәlәr yad, laqeyd olmaq- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
dan qurtarıb doğmalaşdı. Öz-özümә dedim: “İlahi, sanki
bütün bu illәr olmayıb”. Pillәlәrin cırıltısını eşitdim vә 45
ürәyim bir neçә saniyәliyә dayandı, Davisito, çünki bu
sәs mәnim qulağımda, demәk olar, insan iniltisi kimi
әks-sәda verdi. Mәn yenә ehtiramla pillәlәrә ayaq bas-
dım vә sәni inandırım ki, mәhz bu cırıltı içimdә hәr şeyi
çevirdi, o andan mәn artıq iyirmi beş il әvvәl öz arzu vә
duyğularının arxasınca pillәkәni imәklәyә-imәklәyә
qalxan uşağa dönmüşdüm.

Dördüncü mәrtәbәnin qapısında hiss elәdim ki,
onun arxasında – anam, qarşı mәnzildә isә müsyö Ksif-
redir vә elә dünәn onunla görüşmüş kimi müsyö Ksif-
renin düzgün üz cizgilәrini, mәğrurluğunu xatırladım.
Anamın yaxınlığı o qәdәr gerçәkdi ki, onun nәvazişinin,
mehribançılığının istisi ürәyimә yayıldı vә gözlәrindә
zorla sezilәn kәdәrә baxmayaraq, tәsәvvürümdә onu
yenә gәnc, gözәl, vüqarlı gördüm. Bütün bunlar möcü-
zәyә oxşayırdı, Davisito, hәtta bunları tәsәvvürümdә
bәzәmәyә çalışmırdım, onların özü tәfәrrüatlarına, xırda
detallarına kimi dalğa-dalğa axıb üzә çıxırdılar. Hәr pillә
mәnә tәzә nәsә deyirdi, qәlbimin dәrinliyindә yatmış
xatirәlәri oyadırdı vә mәn uşaqlığımdan bir yığın kövrәk
әhvalatı xatirimә salan divardakı çatın, döşәmәdәki
yarığın qarşısında heyranlıqla dayanırdım.

Mәn onda hәyәcanlanmamışdım. Sәnә sözün dü-
zünü deyirәm, Davisito. Qayıtma çox zәrif oldu, sanki
hәr şeyi tәzәdәn başlayırdın, mәnsә özümü xәstә, izti-
rablı adam kimi hiss elәmirdim, mәnәvi vә fiziki cәhәt-
dәn sağlam dördyaşlı uşaq kimi hiss elәyirdim. Xatirәlәr
indicә yaşanmış kimi çox aydın, çox yaxın idilәr, ancaq
etiraf elәyim ki, heyrәtlәnmiş uşağın gözlәri önündә bir-
birini әvәz elәyәn şәkillәr kimi rabitәsiz, nizamsızdılar.

Mәn hey yuxarı qalxırdım, Davisito, nәhayәt, so-
nuncu pillәkәn meydançasına çatdım. Hәyatımda indicә
mühüm nәsә baş verәcәyini hiss elәyib, yuxarı qalxan-
   40   41   42   43   44   45   46   47   48   49   50