Page 52 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 52
dirirlәr, әclafın biri dә atılıb ortaya düşür: “Dәli olubsuz,

nәdi, bu ki, oğlunun lap әyninәdi”. Buna baxmayaraq,

sizә kostyum, tufli geyindirәcәklәr, qalstuk taxacaqlar,

siz etiraz elәmәyәcәksiniz, axı sizin üçün fәrqi yoxdu.

Hazırlıq yubanır, özünüz dә bilmәdәn hamıya

mane olursunuz vә bütün bu hay-küy sizin vecinizә

deyil. Nәhayәt, dәfn zamanı çatır: qara katafalk, öz işlә-

rinin dalınca tәlәsәn iki cüt, bir tәk dost, yoluq әklil. Bu

azdı, Lenuar, ancaq sizin üçün nә azı, nә çoxu, siz artıq

tәk-tәnha heçlikdә – qara tabutdasınız. Hәtta deyә dә

bilmirsiniz: “Bircә ora yox! Allah xatirinә, mәni ora

soxmayın. Əgәr mәni sevibsinizsә, tabutun qapağını

örtmәyin”. Siz danışa bilmirsiniz, onlar da başa düş-

mür... İstәsәniz dә, istәmәsәniz dә, tabutun qapağını

mıxlayıb, bellәrindә pillәkәnlә aşağı düşürürlәr, bardakı

badә dostlarınızdan biri isә fikirlәşir: “Zalım nә ağırdı,

lap daş kimidi”, ancaq sizi katafalka qoyan kimi rahat-

52 lanıb susur. Sonra qәbiristanlığa gedirlәr, mәzarçılar isә
artıq hazırdı, sizi qәbrә qoyan kimi, bir dәqiqәnin içindә

üstünüzü tava daşlarıyla örtürlәr, yarıqları sementlә

suvayırlar. Hamı qәmli-qәmli köks ötürür, ancaq sizi

orda tәk-tәnha qoyub tezcә yığışırlar, yolda da fikir-

lәşirlәr ki, belә yalnız aclar ölür.

Tamaşa, bax onda başlayır. Tezliklә qәbiristanlıq

bağlanır, gecә düşür. Siz yoluq sәrv ağaclarının altında

tәk-tәnhasınız, ancaq vur-tut bir-iki saat әvvәl öz çarpa-

yınızda, doğmalarınızın әhatәsindә tuman-köynәkdә

uzanıb gücünüzü qorumaq üçün isti bulyon içirdiniz.

Hәr şey nә tez dәyişdi. Külәk qalxır vә başınızın üstündә

sәrv ağacları yırğalanmağa başlayır. Sizsә tәksiniz,

әlbәttә, böyür-başınızda qonşularınız çoxdu, ancaq

hәrәnin öz yoxluğu, öz tәnhalığı var. Hәrә öz hayındadı

vә Ay çıxıb yatağınızı işıqlandırır. Lenuar, siz ayın nu-

runu duyursunuz. Yalnız duyursunuz, çünki mәzarçılar

özlәrinә hәkk gәliblәr ki, işıq düşәsi bircә yarıq da

qalmasın.
   47   48   49   50   51   52   53   54   55   56   57