Page 57 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 57
RSƏM

söydü, onda mәn soyuqqanlıqla portreti bıçaqla iki MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
yerdәn kәsdim.
57
Ertәsi gün atan tәzәdәn mәni çәkmәyә başladı.
Yorulub-yorulmadığını görmәk üçün onun әllәrindәn,
gözlәrindәn, hәrәkәtlәrindәn baxışlarımı çәkmirdim.
Ancaq iradәsi ona xәyanәt elәdi, Lenuar. And içirәm ki,
atanıza iradәsi xәyanәt elәdi. Bunu hәrәkәtlәrindәn
sezdim. Özünü işә tam vermәdi. İkinci gün yerindәn
sıçrayıb dedi: “Siz tәrlәyirsinir, naturaçılar tәrlәyәndә
mәn işlәyә bilmirәm”. Qaşqabağımı töküb hökmlә
dedim: “Davam edin”. Mәnim içimdә varlıqla yoxluğun
mübarizәsi gedirdi; bitmәyim, ya davam etmәyim hәll
olunurdu. Buna görә dә tәrlәyirdim, hәyәcanlanırdım,
qanım qaralırdı – axı mәn hәr şeyi qumara qoymuşdum,
necә dә hәyәcanlanmayaydım. Az sonra atan yenә
sıçradı: “Mәlun, yerinizdә qurcuxmayın!” Mәn cavab
verdim: “Davam edin, davam edin, davam edin”. Mәn
tәlәsirdim, Lenuar, ölümdәn qorxurdum, buna baxma-
yaraq, yalnız bu sözlәri tәkrarlayırdım: “Davam edin,
davam edin, davam edin”. Ax, әgәr ilhama gәtirmәk
mәnim gücüm daxilindә olsaydı! Ancaq mәnim ölüm-
süzlük arzusundan, әbәdi yaşamaq istәyimdәn başqa
heç nәyim yoxdu. Dördüncü gün atan ayağa qalxıb dedi:
“Yetәr, daha bacarmıram”. Hәmin gün içib keflәndi,
mәnsә onu dilә tutmağa başladım: “Davam etmәk
lazımdı, Lenuar”. Ancaq o, tәrslik elәdi: “Dedim, yox,
qurtardı”. O biri gün damın pәncәrәsindәn qayıdıb
gәldim, ancaq o, fikrini dәyişmәdi: “Xeyri yoxdu”. Mәn
getdim vә tәklikdә, az qala havalandım, sonra fikirlәş-
dim: “Mәn axı onu öldürә bilәrәm”. Bu fikir mәni yün-
güllәşdirdi, Lenuar, and içirәm ki, elә oldu vә get-gedә
hәmin fikir mәnә hakim kәsildi, axı bu hәrәkәt mәni
ölümsüzlәşdirә bilәrdi, eyni zamanda, atanızın şöhrәtini
hәmişәlik göylәrә qaldırardı. Hәr şey әdalәtlә hәll
olunardı, Lenuar: biz hәr ikimiz bәdbәxt idik. Vә mәn
onu öldürdüm, Lenuar. Mәn belә düşünürdüm: “Mәni
mәşhurlaşdıra bilmәyәn adamı öldürdüyüm üçün
   52   53   54   55   56   57   58   59   60   61   62