Page 59 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 59
RSƏM

Mәn fikirlәşdim: “Dairә-zad nәdi! Mәn tәsadüfәn MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
burdayam”. Bir dә gördüm ki, Robinet pul kisәsini
qurdalayır. Ordan sәliqәsiz qatlanmış, әsәbi xәtlә yazıl- 59
mış çirkli vәrәq çıxardı. Vәrәqi mәnә uzadıb dedi:

– Bu, mәnim etirafımdı, Lenuar, prefekturada
onların boğazına tıxanacaq. Arxivdә 25 noyabr, 1922-ci
il sәhәrçağı özünü güllәlәyәn rәssam Lenuarın mәh-
kәmә işi durur. İndi hәr şeyi dәyişmәk lazım gәlәcәk,
“A”-nın yerinә “B” qoymaq, protokolu tәzәdәn yazmaq,
mәhkәmәnin tibb ekspertini lәkәlәmәk lazım gәlәcәk.
Hamısı da mәnә görә, Lenuar, onların belә zarafata gül-
mәyә halları olmayacaq.

Robinetin gözlәrindә birdәn, Davisito, hәdsiz yor-
ğunluq sezildi. O, yorğun halda müğәnniyә baxıb zorla
dilini sürüdü:

– Düzünü deyin, Lenuar, onun dodaqlarından
öpmәk üçün çoxmu verәrdiniz?

Mәni öskürәk tutdu, çünki Aurita üzümә zillәnib
sanki soruşurdu: “Dillәn, neçә verәrdin?” Onda Robinet
ağır-ağır yerindәn qalxaraq dedi: “Mәn onu öpәcәyәm.
Haqqım çatır – bu, mәnim son istәyimdi”. O, boş rәqs
meydançasıyla birbaşa sarışın qızın üstünә gedib, belini
qucaqlayaraq, susuzluqdan yanırmış kimi, dodaqlarını
onun dodaqlarına yapışdırdı. Bu, elә әdәbsizcәsinә edil-
mişdi ki, biz yerimizdә quruyub qaldıq. Orkestr susdu,
әtrafa dәhşәtli sükut çökdü. Hamı donmuşdu, o vaxta
qәdәr ki, Robinetin әlindәn qurtarmağa çalışan qız bo-
ğuq sәslә çığırdı. Hәyat yenidәn qaynadı, hәr şey hәrә-
kәtә gәldi, biz yerimizdәn sıçradıq vә hәmin an Robinet
qızı buraxıb meydançanın ortasına gәldi, sağ әlindәki
qara bir şeyi ağzına soxdu: dәhşәtli atәş sәsi eşidildi.
Mәn onun yıxıldığını gördüm, Davisito, ona tәrәf cum-
maq istәyәndә, Auritanın da divana yıxıldığını sezdim
vә tәrәddüd içindә yerimdә qurudum. Sonra onun
yanına qayıtdım, dәsmalı pivәylә isladıb, özünә gәlәnә
qәdәr gicgahlarına qoydum.
   54   55   56   57   58   59   60   61   62   63   64