Page 55 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 55
RSƏM
Vә birdәn Robinet qaşlarını qaldırıb sәsini boğaraq dedi: MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Sәnin atanla tanış olanda, Lenuar, o, Fransanın әn
ümidverәn rәssamıydı. Cәsarәtli vә coşqundu, özünә- 55
mәxsus üslubu vardı. Mәn o vaxt özünü ifadә elәmәyi
bacaran, orijinal rәssam axtarırdım. Onu tapacağımdan,
az qala әlimi üzmüşdüm. Doğru sözümdü. Siz mәnә
inanmalısınız, Lenuar. Mәni indi yalnız bu narahat
elәyir: mәnә inanasınız. Mәn uşaqlıqdan indiki kimi
düşünür vә tez-tez öz-özümә deyirdim: “Robinet, bәşә-
riyyәti heyrәtә salmaq sәnin qismәtindir”. Ancaq mәn
nәyisә yalnız öz coşqun istәyimlә, ağlımla, öz әlimlә,
ayağımla elәmәyi arzulayırdım. Vә özümә sual verir-
dim: “Sәn nә elәyәcәksәn, Robinet?” Fikirlәşirdim ki,
çox şeyә qadirәm, ancaq hәlә zamanı gәlmәyib. İntәhası,
belә mәlum oldu ki, heç vaxt gәlmәyәcәk, Lenuar vә
elәmәyә layiq heç vaxt, heç nә tapılmayacaq. Tәlәsәrәk
öz-özümә deyirdim: “Sәn adını әbәdilәşdirmәlisәn, vaxt
gözlәmir”. Vә fikirlәşmәyә başladım: “Necә?” Ancaq
fikirlәşib bir yana çıxara bilmәdim. Hәyat, Lenuar, әda-
lәtsizdi, kimlәrsә istedadlı doğulur, kimlәrsә qabiliyyәt-
siz; bәzilәri ağıllı, fәrasәtli doğulur, başqaları – küt,
dayaz. Mәnim dә mәqsәdim yaxşı idi, ancaq demә, bu,
kifayәt deyilmış; başım, ürәyim yaxşı mәqsәd vә әmәl-
lәri qızğıncasına arzulamaqdan savayı heç nә bacarmır-
mış. Ümidsizliyә qapıldığım bir gecә elә bil içim işıqlandı:
“Özün bunun öhdәsindәn gәlә bilmәyәcәksәn, Robinet.
Elә bir adam tap ki, sәndәn dahiyanә bir şey yaratsın”.
Onda fikirlәşdim: “Leonardo, Cokondanı yaratdı. On-
lardan hansı mühümdü?” Dahiyә göndәrdiyi bircә sәfeh
tәbәssümlә unudulmağa qalib gәlәn bu mәluna, bir an
sonra artıq bütün qәlbimlә paxıllıq elәyirdim. Özümdәn
soruşdum: “Mәgәr tәbәssüm ölümsüzlüyә layiqdi? –
Sonra özüm dә cavab verdim: – Layiqdi, ya yox, bu,
daha mәnim işim deyil”. Canımı bir fikir isidirdi ki, heç
nә elәmәdәn dә vaxta qalib gәlmәk olar vә sәnin unudu-
lacağın, ya mәşhur olacağın, hәyatda hәr şey kimi, yalnız
öz şansından istifadә edib-etmәyәcәyindәn asılıdı.