Page 53 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 53
RSƏM

Lap yaxında şәhәr uğuldayır, sizi sevәnlәr, hәlә bir- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
iki saat әvvәl qayğınızı çәkәnlәr oturub dәrdlәşirlәr:
“Onsuz da xilas etmәk mümkün deyildi, belә yaxşıdı, 53
yoxsa әziyyәt çәkirdi”. Vә tәnhalıq sizi hәr yandan
bürüyür, әtrafda ürәksızladan sükut, dәhşәtli soyuq.
Əldәn düşmüş qәbiristanlıq qarovulçusu öz otağında
köpür, odun sobası oranı isidir, sizsә öz yoxluğunuzda
ancaq tәnhalığı, yaşamamağın necә kәdәrli olduğunu,
mәzarın dәhşәtli soyuqluğunu hiss elәyirsiniz.

Robinet susdu. Mәn qorxudan büzüşmüşdüm,
Davisito, ondan duyduğum güc, gәrginlik mәni çәkib
aparırdı vә mәn onun tәsirindәn qurtara bilmirdim.
Sarışın qız hәlә dә oxuyurdu, desantçılar isә ona
heyranıydılar, ancaq mәn o halda deyildim. İradәm
Robinetә tabe olmuşdu, daha heç nә mәndәn asılı de-
yildi. O, indi köhnә paravoz kimi fısıldayırdı, әllәri isә
taqәtdәn düşmüş astma xәstәsinin әllәri kimi әsirdi.
Robinet tәrini çirkli dәsmalla silib sözünә davam etdi:

– Sonra, Lenuar, unudulmaq başlayır, xatirәniz
yavaş-yavaş yer üzündәn silinir. Bu gün sizi dünәn-
kindәn pis, sabahkından azca yaxşı xatırlayırlar. Sonda
– unudulmaq, pnevmatik zәngin içindәki boşluq kimi
heçsizlik. Sizdәn nә bir iz qalır, Lenuar, nә bir xatirә.
Vur-tut adınız vә tarix yazılmış lövhә. Kimsә baxıb
fikirlәşir: “Maraqlıdı, görәsәn, bu hәrif kim olub? Bu
hәrif vurub-çapanmı olub? İşi-gücü, xasiyyәti, qadın-
larla arası necә olub?” Gör sizdәn nә qalıb: başdan-ayağa
qeyri-müәyyәnlik. Əyninizdә bayırlıq kostyum vә qal-
stuk, Allahın fağır bәndәsi kimi uzanmısınız, hәr gün
sizdәn daha az şey qalır, hәr dәqiqә – daha çox heçsiz-
lik...

Robinet üşüyürmüş kimi titrәyirdi, Davisito, mәn
isә fikirlәşirdim: “O, nә demәk istәyir?” Dәsmalla üzünü
silib, müğәnninin yumru çiyinlәrinә etinasız nәzәr
salaraq sözünә davam etdi:
   48   49   50   51   52   53   54   55   56   57   58