Page 61 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 61
RSƏM
Auritanın doğum vaxtı çatanda lap üzüldüm, MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
ondan gözümü çәkmirdim ki, görüm, әsәbiliyin, ya
tәhlükәli nәyinsә әlamәtlәri varmı. Ancaq elә bil heç nә 61
olmamışdı, Davisito. Aurita gümrah vә sakit idi, Podakı
hadisәlәrdәn sanki onda heç bir iz qalmamışdı. Hәr
halda, ona yarımağa, istәyini әvvәlcәdәn bilmәyә
çalışırdım, Robinetdәn söz salanda, hәmin çәtin günlәri
xatırlamasın deyә, mövzunu dәyişirdim, ancaq o hirs-
lәnirdi: “Mәnimlә niyә uşaq kimi davrandığını bilmәk
olarmı?” Sonra, hәmişә olduğu kimi, mәsәlә uzandı,
artıq bunun uşaq olduğuna da şübhә elәmәyә başla-
mışdım, kontorda da narahat olurdum, özümә yer tap-
mırdım, Sançes isә mәnә deyirdi: “Qorxma, arvadım
yanındadı”.
Bir sәhәr direktor mәni çağırıb, çox hörmәtlә
müştәrilәr üçün qoyulmuş ağ kresloda oturtdu, hal-
әhval tutdu, mәzuniyyәt pulunu qaydasında verib-
vermәdiklәrini öyrәndi vә axırda soruşdu: “Lenuar,
deyin görüm, Fransa sәfәriniz haqda danışılanlar doğru-
dumu?” Sıxıla-sıxıla bütün әhvalatı ona danışdım, o isә
xırdalıqlarına qәdәr soruşub, hәr dәfә heyrәtlәnirdi:
“Vay ana, inanılmazdı!” Mәnsә tәsdiqlәyirdim: “Elәdi,
senyor direktor”. Sәn bir tәsadüfә bax, Davisito: direk-
torun kabinetindәn çıxanda kuryer mәnә yaxınlaşıb
deyir: “Senyor Lenuar, sizi telefona çağırırlar”. Sançesin
arvadı Lola Auritanın bir oğlan, bir qız doğduğunu
mәnә xәbәr verir. Tәkrar soruşdum: “Əkiz?” Lola çox
hәyәcanlıydı: “Aha, әkizdi”. Mәnim sancım tutdu,
Davisito vә dedim: “Bәs onlar yaxşıdımı?” – “Əlbәttә! –
Lola qışqırdı. – Çox gözәldilәr”. Əmәllicә karıxmışdım,
Davisito, elә hey Lolaya minnәtdarlıq elәyirdim. Fando
yanımdan keçәndә dәstәyi asıb ona dedim: “Fando, mәn
ata olmuşam: bir oğlan, bir qız”. “Bravo, Lenuar!” – Fan-
do dedi. Sonra hamıya tәrәf dönüb elan etdi: “Lenuar
bundan sonra hәm atadı, hәm dә ana. Belә davam et!”
Hamı mәni qucaqlayır, tәbrik elәyirdi. Axır ki, dedim:
“Xahiş elәyirәm, mәni buraxın. Axı onları görmәliyәm”.