Page 367 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 367
finə

“hә, senyor!” sözlәriylә alkaldı müşayiәt elәyirdi. Onda MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
nazirliyin nümayәndәsi öz tәbәssümü ilә bütün
iştirakçıları mükafatlandırdı: 367

– Sağ olun, – özünü ağlamaqdan zorla saxlayırmış
kimi, kövrәk sәslә dedi. – Çox sağ olun, mәn sizdәn
başqa münasibәt dә gözlәmirdim. Bu kәndin hamıya
mәlum olan şöhrәti hansısa düşünülmәmiş yeganә bir
hәrәkәtlә lәkәlәnә bilmәzdi. Bütün qәlbimlә “Yaşasın
Xamones!” deyirәm. Yaşasın Xamones camaatı! Tanrı
sizin “kiçik vәtәnә” olan böyük mәhәbbәtinizi qorusun.
Mәn artıq hәr şeyi dedim, yalnız sizdәn, senyor alkald,
xahişim budur ki, bu razılığın tәsdiqi vә hansısa yeni bir
dolaşıqlıqdan yaxa qurtarmaq üçün, sәhәr tezdәn
şuranızın iclasını keçirәsiniz, kәnd camaatı da qәbul et-
diyiniz qәrara öz hәmrәyliyini bildirsin vә öz günahını
yusun, – bu yerdә canıyananlıqla Xeronimoya baxdı, –
belә ki, onların dünәnki qurbanları öz tapşırıqlarını
yerinә yetirmәk üçün dәrhal Aradas tәpәsinә qayıda
bilsinlәr, heç kim onların işinә maneçilik törәtmәsin.

Alqış sәslәri guruldadı vә bütün başlar, – karıxmış
halda iclasın gedişını izlәyәn Xeronimodan başqa, –
razılıqla tәrpәnirdi. Nazirliyin nümayәndәsi diqqәtlә al-
kalda baxıb, sazişi formal şәkildә tәsdiqlәmәyi öz üzә-
rinә götürmәyә sövq etdiyindәn, alkald gülümsәdi,
onları ayıran mәsafәni qısaltmaq istәyirmiş kimi, öz tit-
rәk әlini dostcasına bir neçә dәfә onun çiyninә toxun-
duraraq dedi:

– Hesab edin ki, hәr şey hәll olunub, don Karlos.
Qәrar qәbul olundu, mübahisәyә ehtiyac yoxdu, – yeni-
dәn amiranә görkәm alıb, mırıqdiş müşavirә tәrәf әyilib
әlavә etdi: – Albano, özündә qeyd elә, sәhәr saat do-
qquzda şuranın açıq iclası çağırılsın, – tәrәddüd elәyib,
baxışlarıyla Xeronimo ilә mәslәhәtlәşdi; razılıq alıb
dillәndi: – Dediyim kimi, saat doqquzda, unutma.

Xeronimo qәfil bütün baxışları öz üzәrindә hiss elә-
di. Ona bu tәntәnәli razılaşmanın әsas iştirakçısı kimi
   362   363   364   365   366   367   368   369   370   371   372