Page 365 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 365
finə

Ortaya ağır sükut çökdü. Sobadakı çırtıltı indi bom- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
bardmana oxşayırdı. Alkald hәvәssiz-hәvәssiz, çәkinә-
çәkinә gülümsәdi vә heç nә cavab vermәdәn yenә 365
nazirliyin nümayәndәsinә zillәndi. Buna baxmayaraq,
nazirliyin nümayәndәsi öz sözlәrinin tәsirini bir az da
artırmaq üçün sözünә ara verdi. Nәhayәt, zәhmli pro-
kuror kimi, üzük olan barmağını qaldırıb, hakimiyyәt
nümayәndәlәrini sәhlәnkarlıqda, bütün kәndi isә qi-
yamda tәqsirlәndirdi. Sonra kimin mәhz nәdә günahkar
olduğunu izah etdi: senyor alkald öz sәlahiyyәtindәn
istifadә etmәyib, ayuntamentonun müşavirlәri fәaliyyәt
göstәrmәyiblәr, kәnd әhalisinin böyük hissәsi, qalan-
larının açıq-aşkar rәğbәtiylә arxeoloqlara xaincәsinә
hücum ediblәr vә sözünü ciddi xәbәrdarlıqla bitirdi:
әgәr arxeoloqların işinә ardıcıl surәtdә – o, mәnalı-mә-
nalı Xeronimoya baxdı – maneçilik törәdilsә, Xamonesi
hәr hansı kompensasiyadan mәhrum etmәk bir yana,
buradakı hökumәt nümayәndәlәrini dәyişdirәcәk vә
araqarışdıranların әn yaramazlarını hәbsxanaya soxa-
caq.

Qәrar qәtiydi vә şikayәt qәbul olunmurdu. Alkald
narahat halda әlini üzündә, dodaqlarında gәzdirdi,
sanki indicә ona şillә vurmuşdular; katib yenә eynәyini
çıxarıb özünü elә göstәrdi ki, guya onu silir; Martinia-
nonun sifәtindә qızdırmada olduğu kimi, iki qırmızı
lәkә әmәlә gәlmişdi; ikinci müşavirә gәlincә, siqareti
söndürmәk üçün әlini saxsı külqabıya necә uzatmışdısa,
geri çәkmәyә ürәk elәmәyib, bu vәziyyәtdә dә donub-
qalmışdı.

Rәqib tәslim olmuşdu vә nazirliyin nümayәndәsi
yenә yumşalıb, bu kәndә sadiqliyini, rәğbәtini xüsusi
qeyd elәyib, mehribancasına danışaraq barışığa meyil-
lәndi.

– Mәn lap әvvәldәn demişdim ki, – sanki alkaldı,
katibi, yastıqulaq müşaviri, mırıqdiş müşaviri, bütün
   360   361   362   363   364   365   366   367   368   369   370