Page 363 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 363
finə
mümkündü. Ancaq biz әsaslı surәtdә göstәrә bilsәk ki, MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
don Linonun tapıntısı tәsadüfi deyil, ümumiyyәtlә, heç 363
kimә mükafat verilmәyәcәk. Demәk istәyirәm ki, nә don
Lino, nә Xamones kәndinin ayuntamentosu elә hәmin
qanuna görә heç nә ala bilmәyәcәklәr.
Yastıqulaq müşavir yerindә donub-qaldı, onun
acgöz baxışları nazirliyin nümayәndәsinin dodaqlarına
dikilmişdi. Mırıqdiş müşavir cibindәn siqaret qutusu
çıxarıb, titrәyәn barmaqlarıyla kibriti tutaraq siqaretini
yandırdı. Alkald hipnoz olunmuş kimi, yanan kibrit
çöpünә baxırdı. Danışmağa, hәtta meydan oxumağa
yalnız katibin cәsarәti çatdı:
– Hәr halda, senyor nümayәndә, bizim ayunta-
mento qәrara alıb ki, işi vәkilә versә, düzgün hәrәkәt et-
miş olar.
Nazirliyin nümayәndәsi әsәbi halda ona sarı
döndü:
– Mәni özümdәn çıxartmayın, senyor katib, boş-boş
şeylәrlә zәhlәtökәnlik elәmәyin! Bu axşam bura toplaş-
mağımızın nә don Linoya, nә onun hәrәkәt tәrzinә,
bәlkә dә fırıldaqçılığına dәxli yoxdu, bütün bunlar öz
vaxtında işıq üzünә çıxacaq vә son sözü mәhkәmә de-
yәcәk; bu toplantının birbaşa sәbәbi sizin kәndin
adamlarının Madriddәn göndәrilәn arxeoloqlara vәh-
şicәsinә hücum elәmәsidi, – o, gözünü Xeronimodan
ayırmırdı. – Bizim hәll etmәli olduğumuz mәsәlә budu,
yәni bu gün axşam burda, sizin aranızda olmağımın
sәbәbi budu. Bu mәqamda qalan şeylәr ikincidәrәcәlidi.
Katib eynәyini çıxarıb cib dәsmalının ucuyla sildi.
Özünü sakit aparmağa çalışsa da, danışanda sәsi titrәdi:
– Hәr halda, senyor nümayәndә, heç dә әdalәtli
olmaz ki, sözә baxmayan bir qrup intizamsız adamın
ucbatından bütün kәnd cәzalandırılsın.
Nazirliyin nümayәndәsi yenә dәrhal zәrbә vurmaq
taktikasını seçdi: