Page 366 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 366
kәndi qucaqlayacaqmış kimi, әllәrini geniş açdı, – asıb-

kәsmәyә gәlmәmişәm. Xamonesә hörmәtim o qәdәr

böyükdü ki, burda qanunun bütün ciddiliyilә hәrәkәt

elәyә bilmәrәm. Mәnim burda, sizin aranızda olmağı-

mın başqa sәbәblәri var: birinci, çәtin vәziyyәtdәn çıx-

maq üçün sizә kömәk elәmәk; ikinci, Madriddәn gәlәn

senyorlara – diqqәtә Xeronimoya baxdı, – göstәrmәk ki,

Xamones bütün yeniliklәrә açıq olan tamamilә mәdәni

bir kәnddi.

Gәrginliyi artırmaq üçün danışığına bir xeyli fasilә

verdi. Vә birdәn elә bil mәrmi partladı, bәrkdәn, hәyә-

canlı bir sәslә dedi:

– İndi görәk, Xamonesdә mәdәni adamlar yaşayır,

yoxsa onlar Biafra zәncilәrindәn dә avamdılar.

Sәs tonallığı tez-tez dәyişәn bu nitqә hәlә dә mat

qalmış alkald vә müşavirlәr bunun mümkünsüzlüyünü

başlarını yellәmәklә inkar etdilәr. Ancaq nazirliyin nü-

366 mayәndәsi sarsıntıdan özlәrinә gәlmәlәrinә imkan ver-
mәdi vә sәsi daha tәntәnәylә guruldadı:

– Siz Xamonesin, bizim sivilizasiya üçün misli-

bәrabәri olmayan qәdim dәfinә tapılan yer kimi, yoxsa

mәdәniyyәtin azğıncasına mәhv edildiyi yer kimi tarixә

düşmәsinә üstünlük verәcәksiniz?

Bu iki ziddiyyәtli imkan arasında sıxılan alkald

nazirliyin nümayәndәsinin qızğın çıxışından havala-

naraq әlini ağzından çәkib ayağa durdu vә gözlәrini

bәrәldib, qәfil onu bürüyәn vәtәnpәrvәrlik coşqusuyla

bağırdı:

– Biz mәdәniyyәt tәrәfdarıyıq, senyor nümayәndә!

Yaşasın Xamones!

O, hәlә dә hәyәcandan titrәyәrәk, hisslәrin çoxlu-

ğundan, quruya atılmış balıq kimi ağzını açıb-yumaraq

şappıltıyla stula dәydi. Onun bu hәrәkәti son şübhәlәri

vә inamsızlığı aradan qaldırdı. Katib onun çağırışına

qoşuldu, kövrәlmiş Martiniano da hәmçinin, mırıqdiş

müşavir isә stolu döyәclәyib nәqarәt oxuyurmuş kimi,
   361   362   363   364   365   366   367   368   369   370   371