Page 364 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 364
– Mәnim mәlumatıma görә, bu kiçik dәstәnin sayı
qırx nәfәrә çatırmış.
– Ola bilәr.
– Bu kәnddә neçә kişi olduğunu mәnә deyә bilәrsi-
nizmi?
– Dәqiq әlli iki nәfәr, – katib düşünmәdәn cavab
verdi.
Nazirliyin nümayәndәsi istehzayla gülümsәdi:
– Bu intizamlıların sayı sizә hәlә dә az gәlir? Senyor
katib, bu yolla getmәyin yaxşı olmadığını başa düşmәk
istәmirsiniz?
Katıb, nәhayәt, gözünü çәkib, cızıqları sayırmış
kimi, baxışlarını stolun üstünә dikdi. Ona danışmağa
vaxt vermәyib, nazirliyin nümayәndәsi dәrhal don Es-
kolastikoya müraciәt elәdi:
– Gәlin mәsәlәnin bu tәrәfini bir kәnara qoyub, işin
mәğzinә keçәk. Senyor alkald, deyin görüm, – bu yerdә
364 alkaldın sifәti vә boğazı elә qızardı ki, sanki bu saat qan
fışqıracaqdı, – siz kәnddәn gedәndә Aradas tәpәsinә ola-
caq hücumdan xәbәriniz varıydı?
Alkald udqundu. Gülümsәmәyә çalışdı, әvәzindә
dodaqları büzüşdü. Gözlәrini qıyıb boğazını arıtlayaraq
dillәndi:
– Doğrusu, hәm bilirdim, hәm bilmirdim, senyor
nümayәndә, bunu zarafat sayırdım.
– Senyor alkald, bu, cavab deyil, bәhanәdi.
– Mәni başa düşün, senyor nümayәndә, sizin
itaәtkar bәndәniz kәnd camaatının canlarının yandığını,
narazılıqlarını duymuşdu, mәnim qulağıma çatmışdı ki,
hәmin bu don Lino, Kovilyasa enib, bütün ölәnlәrinin
ruhuna and içmişdi ki, dәfinә Xamonesә yox, Pobladura
mәxsusdu...
– Xahiş edirәm, yenә köhnә havanı çalmayaq, sen-
yor alkald. Bu mövzu köhnәlib, onu unudun. Maraqlıdı,
bilә-bilә ki, kәnddә nәlәr baş verir, siz nә sәbәbә bu gün
sәhәr heç nә olmamış kimi kәnddәn çıxıb gedirsiniz?