Page 358 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 358
mәyus başını aşağı salıb, bayramlıq tuflisinin parıl-

dayan sivri ucuna baxaraq, sanki özündәn soruşurdu ki,

onun axı burda nә iti azıb? Nazirliyin nümayәndәsi bir

mövzudan o birisinә keçib onlarla dostcasına söhbәt

elәyirdi; Martiniano gülümsәmәyini yığışdırıb, mırıq

müşavir isә diqqәtini toplayıb mәhrәmanә baxışlarını

ona zillәyәndә, qısaca tәklif etdi:

– Nә deyirsiniz, başlayaq?

– Necә istәyirsiniz... – alkald mızıldadı, ancaq...

hamını yığa bilmәdik...

– Burdakılar kifayәtdi, narahat olmayın, don Esko-

lastiko, – o, hündür yerә qalxıb stolun başında oturdu. –

Demәk, belә, – әvvәlcә özündәn sağdakı, sonra soldakı

stulu göstәrdi: – Burda senyor alkald, orda katib әylәş-

sin. Qalanlar harda istәyir otura bilәr...

Xeronimo, Martiniano vә mırıq müşavir dinmәzcә

oturdular. Vә bu adi rәsmiyyәt – kim stolun harasında

358 otursun – bir an әvvәl hökm sürәn inam mühitini, de-
mәk olar, mәhv etdi. İndi bütün nәzәrlәr nazirliyin

nümayәndәsinә dikilmişdi, o isә barmaqlarının ucunu

bir-birinә toxundura-toxundura, başını aşağı salaraq

hәrәkәtsiz oturub öz fikirlәriylә mәşğuluydu; nәhayәt,

kәdәrli sәslә astadan dillәndi:

– Mәnim bugünkü vәzifәm heç dә xoşagәlәn deyil,

hәr şeydәn әvvәl dә sizә bunu demәliyәm: bu gün sәhәr

Xamonesdә, Aradas tәpәsindәki hadisәyә heç bir ad

vermәk olmaz... Bu faktı heç hara yozmaq mümkün

deyil, belә hadisә bu gün, bizim maarifçilik әsrindә yox,

çox ehtimal, mağara adamlarının dövründә baş verә

bilәrdi...

Danışığına bir xeyli ara verdi vә bu ağır sükutda

sobadakı quru budaqların çırtıltısı güllәbaranı xatırla-

dırdı. Nazirliyin nümayәndәsi gözlәrini qıyıb, fikrini

aydınlaşdırdı:

– Mәn dedim ki, bu faktı heç hara yozmaq mümkün

deyil, ancaq bu cür hәrәkәti, çox gözәlcә әn iyrәnc, әn
   353   354   355   356   357   358   359   360   361   362   363