Page 355 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 355
finə

pis tanımıram. Bir sözlә, mәn hәr şeyin yolunu, yolağa- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
sını bilirәm.
355
Çılpaq budaqların arasından solğun ay işığı
düşürdü.

– Xamones! – Xeronimo bir az әsәbi tәrzdә dedi.
Sanki bütün kәnd yatmışdı. Tinlәrdәn asılmış iyirmi
vattlıq lampaların yaşılımtıl zәif işığında bağlı pәncәrә-
lәr, qapılar görünürdü. Daş döşәnmiş yolu keçmәk
istәyәn qara pişik son anda fikrini dәyişib bir tullanışla
barını aşdı. Meydanda da heç kim yox idi, yalnız formalı
gödәkcә geyinmiş cüssәli cavan oğlan ayuntamentonun
girişindә dayanmış mavi turist maşınının kapotuna say-
mazyana dirsәklәnmişdi. Tindәki bardan işıq gәlirdi.
– Saxla, David, – nazirliyin nümayәndәsi әmr etdi. – Bi-
zim maşını onun arxasına ver.
“Mersedes” dayanan kimi mavi maşından qara
gödәkcәli üç kişi tәlәsik düşdü. Xeronimo çiynini çәkdi.
– Sәyyar ticarәtçilәrә bir bax, sәnin rejissoruna söz
ola bilmәz! – pәrt halda dedi.
Nazirliyin nümayәndәsi sakitlәşdirici tәrzdә әlini
onun dizinә qoydu vә David qapını açana qәdәr demәyә
macal tapdı:
– Əzizim, sus. Yaxşı-yaxşı düşün. Şef, öz ağlınca
tәdbirli tәrpәnib. Bundan başqa, hәm dә öz borcunu
yerinә yetirib. Naşükürlük elәyib onun zәhmәtini yerә
vurma.
Soyuq şiddәtlәnirdi. Külәk vadiyә soxulub kәndin
içiylә şimaldan cәnuba doğru әsirdi. Maşına söykәnәn
qara gödәkcәli kişi nazirliyin nümayәndәsinә yaxınlaşıb
qarşısında mil durdu.
– Qulluğunuzda hazırıq, don Karlos, – o dedi. – Heç
bir hadisә baş vermәyib.
Nazirliyin nümayәndәsi mәmnunluqla gülümsәdi.
– Sakitlikdi?
– Kәnd yatır, don Karlos. Əgәr nәsә baş versә, hәr
ehtimala, yuxarı mәhәllәdә otuz nәfәrdәn ibarәt ehtiyat
jandarm qüvvәsi durur.
   350   351   352   353   354   355   356   357   358   359   360