Page 357 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 357
finə

yiәt elәyirdilәr. Tinә çatıb mal-qara pәyәsinin yanından MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
dalana buruldular; çürümüş taxta döşәmәdәn kәskin
tәzәk qoxusu gәlirdi. Qaranlıq olsa da, hәtta yaxınlıq- 357
dakı lampaların zәif işığı dirәyin yanında dayanmış iki
silahlı adamın siluetini sezmәyә imkan verdi. Boydan
balacası gәlәnlәri görüb, siqaret kötüyünü ataraq irәli
çıxdı. Nazirliyin nümayәndәsinә yaxınlaşıb әlini sinә-
sinә qoydu.

– Sizin qulluğunuzda hazırıq, – dedi.
Nazirliyin nümayәndәsi güldü vә başını yana әyib
yavaşca dedi:
– Fikir verirsiniz, don Eskolastiko, senyor quberna-
tor bizim qayğımıza qalır.
Düz onların qarşısında suvağı qopmuş, nәm çәk-
miş, hündür pәncәrәlәri örtülü ikimәrtәbәli mәktәb
binası göründü. Əlindә fәnәr olan müşavir qapını
möhkәm itәlәyib açdı vә işığı yandırdı. Stol qoyulmuş
hündür yerdә odun sobası gurhagurla yanırdı. Alkald
ağız-burnunu mәzәli şәkildә büzüb gülümsәdi:
– Sobanı qalamışıq, don Karlos. Şimal külәyi әsir.
Yәqin, etiraz etmәzsiniz.
Nazirliyin nümayәndәsi paltosunu çıxarıb әllәrinә
hovxurdu.
– Əksinә, – dedi, – sizә minnәtdarıq.
Katib vә hәr iki müşavir xәz gödәkcәlәrini ibtidai
mәktәbin partalarının üstünә atıb, çәkinә-çәkinә qalan
adamlara yaxınlaşdılar. Katibin sıx qıvrım saçları vә
ayuntamentonun qalan üç üzvünün qarabuğdayı cod
sifәtindәn kәskin fәrqlәnәn ağ üzü varıydı; o, qovluğunu
qoltuğuna vurmuşdu. Katibin yanında Martiniano adına
hay verәn vә hamıya sәfeh-sәfeh gülümsәyәn müşavir
dayanmışdı. Onun üzünә elә bil ütü çәkmişdilәr, qulaq-
larını isә ancaq yana dönәndә görmәk olurdu; balaca ol-
masalar da, elә yastılanmışdılar ki, sifәtinә qarşıdan
baxanda, deyәrdin, qulaqlarını kәsiblәr. O biri mırıq
müşavir – üst dişlәrinin әn azı üçü yoxuydu – mәyus-
   352   353   354   355   356   357   358   359   360   361   362