Page 348 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 348
Hә, özüdür ki var, qulluğunuzda hazıram. İşdәn ayır-

dığıma görә üzrlü bil. Xeronimo Otero mәnim kabine-

timdәdi, Madrid Universitetinin müәllimi... Şәxsәn

özüdür. Bәli, bizim әyalәtin arxeoloji xәritәsini tәrtib

elәyir. Mәsәlә belәdi ki, bu senyor Xamonesdә xoşagәl-

mәz hadisәylә üzlәşib. Dәfinә haqq-hesabından artıq

xәbәrdarsan?.. Lap yaxşı, sәnә izahat vermәyә ehtiyac

qalmadı... Mәsәlә belәdi ki, Xeronimo bura Madridin

tapşırığıyla gәlib ki, qazıntını başa çatdırsın, başa

düşürsәn, camaat isә qiyam qaldıraraq onların üstünә

atılıb... Mәhz qiyamdı, mәn dә elә deyirәm... Zorakılıq?

Əlbәttә. Külüng, oraq, kәrәnti, әllәrinә nә keçibsә.

Bilmirәm. Ona görә zәng elәmişәm... Elә fikirlәşirsәn?

Əvvәl-әvvәl diplomatik yolu sınaqdan keçirsәk, yaxşı

olmazmı?.. Gözlә, maraqlı tәrәf axı burdadı, indi onunla

mәslәhәtlәşәrәm...

O, dәstәyi әlilә tutub, cinayәt yoldaşı kimi Xeroni-

348 moya gülümsәyib astadan dedi:
– Xuanma tәkid edir ki, jandarm dәstәsiylә tәpәyә

qalxasınız. Qazıntı davam etdiyi müddәtdә onlar sizi

qoruyacaqlar.

Xeronimo qәtiyyәtlә başını silkәlәdi.

– Heç bir vәchlә. Bu lap ağ olar.

Nazirliyin nümayәndәsi әlini çәkib, dәstәyi qulağı-

na tutaraq yenә sәsini qaldırdı:

– O, belә tәdbirlәri artıq sayır, Xuanma... Hә... Ola

bilsin, ehtiyatlı nәsә başqa bir şey daha yaxşı olar...

Mәnimlә? Necә istәyirsәn, Xuanma, sәn ki bilirsәn, mәn

öz işimi görәnәm. Ona görә sәnә tәklif edirәm. Sәn ki

bilirsәn, mәn aradan çıxanlardan deyilәm. Bu haqda

danışmaq yaxşı olmasa da, belә şeylәr hәtta mәndә pis

alınmır. Bu gün axşam? Razıyam... Qalan şeylәrә qarış-

maq istәmirәm, bu, sәnә aiddi... Başlanğıc üçün, mәncә,

pis deyil. Sәn ki bilirsәn, mәn dә sәnin kimi adamların

şәxsi tәhlükәsizliklәrinin qayğısına qalıram... Əlbәttә...

Özün bilirsәn, bütün tapşırıqların mәnim ürәyimcәdi.
   343   344   345   346   347   348   349   350   351   352   353