Page 99 - heynrix
P. 99
İ ROMAN

– Ağlayırsan? – yenə başını qaldırıb üzümə baxdı. Bunu ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
ona dediyimə peşman oldum. – Yox, ona görə demirəm ki,
ağladığımı sənə göstərəm. Ona görə deyirəm ki, nə qədər 99
yanıldığını biləsən.

Qəflətən çadırın yarığından içəri günəş şüaları doldu, hər
tərəf yaşıla çalan işığa qərq oldu, onun qızılı saçaqları altında
fırlancağın bütün fiqurları göründü: dişləri görünən atlar, yaşıl
əjdahalar, qu quşları, ponilər... Arxamızda iki ağ at qoşulmuş,
içinə qırmızı məxmər çəkilmiş toy faytonu vardı.

– Gəl gedək onun içində rahat oturaq, – dedim.
Aşırılıb qu quşunun üstündən düşdü, mənə də atdan
düşməyə kömək elədi və faytonun məxmər oturacağında yeri‐
mizi rahatladıq. Günəş batdı, heyvanların bomboz kölgəsi bizi
yenə ağuşuna aldı.
– Deməli, sən ağlayırsan, – Fred üzümə baxdı, qolunu
boynuma dolamaq istədi, ancaq nədənsə geri çəkdi. –
Getdiyimə görə ağlayırsan?
– Həm də buna görə... – yavaşdan dilləndim, – ancaq
yalnız buna görə yox... Bilirsən ki, yanımızda olmağın mənə
daha xoşdur. Ancaq başa düşürəm ki, buna dözə bilmirsən...
Bəzən də olmamağın yaxşıdır. Səndən qorxurdum, uşaqları
döyərkən üzündəki ifadədən qorxurdum, səsindən qorxur‐
dum, istəmirdim ki, belə qayıdasan, hər şey yenə təkrar olun‐
sun. Sənin uşaqları necə döydüyünü görməkdənsə, çarpayıya
uzanıb ağlamaq daha yaxşıdır. Tək‐tənha uzanıb ağlamaq...
çünki pulumuz yoxdur... Axı uşaqları döyməyinin əsas səbəbi
kasıb olmağımızdır...
– Düz deyirsən, kasıbçılıq məni xəstə salıb.
– Elədir... Əgər başqa cür olmayacaqsa, onda getməyin
yaxşıdır. Qoy mən də özüm üçün ağlayım... Kim bilir, bəlkə, elə
özüm də bir ildən sonra uşaqları döyməyə başlayacam, cavan‐
lığımda görkəmindən dəhşətə gəldiyim o biçarə arvadlardan
biri olacam: səsləri xırıldayır, kasıbdırlar, həyatın dəhşətləri
qarşısında acizdirlər, üfunət qoxusu verən kazarma tipli
evlərdə gah uşaqlarını döyür, gah da onlara şirni yedirdirlər,
   94   95   96   97   98   99   100   101   102   103   104