Page 102 - heynrix
P. 102
HAYNRİX BÖLL
– Bilirəm, – tələsik dilləndi, – ancaq keçmiş məni o qədər
də maraqlandırmır. Mənim yaddaşım boşluqlardan ibarətdir.
Böyük boşluqlardır, sanki napnazik, incə, kövrək məftillərlə bir‐
birinə hörülüb... Əlbəttə, bilirəm ki, nə vaxtsa bizim də
mənzilimiz, hətta hamam otağımız, nəsə almağa pulumuz
olub... Onda mən nə işdə idim?
– O vaxt nə işdə olduğun da yadından çıxıb?
– Elədir, yadıma gəlmir, – deyib qolunu boynuma doladı.
– Divar kağızı fabrikində işləyirdin.
– Hə, düz deyirsən... Onda üst‐başımdan yapışqan iyi
gəlirdi. Klemensə zay çıxmış kataloqlardan gətirərdim, o da
çarpayısında oturub onları cırardı... İndi yadıma düşür... Ancaq
bu, çox çəkmədi...
– İki il, – dedim, – sonra müharibə başladı.
– Elədir, sonra müharibə başladı... Sən gərək o vaxt
bacarıqlı, sözün əsl mənasında işgüzar, az‐çox təhsili olan bir
oğlana ərə gedəydin...
102 – Danışma, Fred!
– Axşamlar bir yerdə gözəl‐gözəl kitablar oxuyardınız...
Axı bundan çox xoşun gəlir... Uşaqlarınız qədimi çarpayılarda
yatardılar... Divarda da Nefertitinin büstünün əksi... Taxtanın
üstünə vurulmuş “İzenhaym mehrabı”1 ... Van Qoqun “Günə‐
baxanlar”ı... Əlbəttə, ən gözəl surəti... Yatdığınız çarpayının
başı üzərində Boyron kilsəsində təsvir olunan Madonnanın
şəkli... Sonra da qırmızı, kobud, ancaq zövqlə düzəldilmiş futl‐
yarda bir fleyta... Hə, necədir? Tfu! Mənim belə şeylərdən zəh‐
ləm gedib. Zövqlə bəzədilmiş mənzillərdə həmişə darıxmışam,
səbəbini də bilməmişəm... Axı sən özün nə istəyirsən? – deyə
qəflətən soruşdu. Üzünə baxdım və mənə elə gəldi ki, onu
tanıyandan bəri ilk dəfə qəzəbləndiyini gördüm.
– Nə istədiyimi bilmirəm, – siqareti taxta döşəməyə atıb
ayağımla söndürdüm. – Nə istədiyimi heç özüm də bilmirəm,
1 İzenhaym mehrabı – İntibah dövrünün alman rəssamı Nithardın məşhur
əsəri