Page 106 - heynrix
P. 106
HAYNRİX BÖLL
Səkkiz, ya doqquz? Bilmirəm... Düz on üç otaqdır... Kaş it üçün
olan otağı görəydin. Bizimkindən bir az böyükdür... Bir az
haaaa... Ədalətsizlik eləmək istəmirəm, iki kvadrat çox olar,
ondan artıq olmaz... Bu dünyada ədalətdən uca heç nə yox‐
dur... Gəl bu ədalət sözünü öz təvazökar bayrağımızın üzərinə
yazaq, canım‐ciyərim. Yazaqmı?
– Ah, Fred, – dedim, – mənə yenə də əzab verirsən!
– Əzab verirəm?! Eh, sən də məni başa düşmürsən. Mən
heç yuxuda da səni incitmərəm. Doğru sözümdür, yalnız ev
barədə danışmaq istəyirəm. İtin damı budda məbədinə,
yüksək səviyyəli mədəni evlərdəki hündür dolablara oxşayır.
Dörd hamam otağından əlavə bir neçə şırnaq kabinəsi də var,
onları demədim... Ədalət hissini itirə bilmərəm, ədalət
gölündə üzmək istəyirəm... Mən heç vaxt şırnaq kabinələrini
otaq kimi saymaram, saysam, insafsızlıq olar. Gəl bu insafsızlığı
da o təvazökar bayrağımızın üzərindəki “Ədalət” sözünün
yanına yazaq. Ancaq ən pisi bu deyil, əzizim... Ən pisi odur ki,
106 ev bomboşdur! Ah, bu villaların arxasındakı çəmənliklər necə
də gözəldir! Kaş orda bir uşaq, ya da, heç olmasa, bir it oynaya
biləydi! Biz itlərimizə gözəl çəmənliklər düzəldərik, əzizim!
Ancaq ev boşdur, heç kəs istifadə eləmir. İcazənlə bu
xoşagəlməz sözü bir neçə dəfə işlədim: yataq otaqları boş,
qonaq otaqları boş, aşağıdakı otaqların da hamısı boş... Evin
damında üç otaq var: biri təsərrüfat işlərinə baxan qadının,
biri aşpazın, biri də xidmətçinin. Sahibə xanım da şikayət‐
lənirmiş ki, qulluqçu qızın otağı olmadığı üçün qonaq otağında
yatır... Əzizim, biz damında üzərinə “Ədalət” və “İnsafsızlıq”
yazılmış bayraq dalğalanan evimizi tikəndə gərək bunu mütləq
nəzərə alaq...
– Fred, – dedim, – daha dözə bilmirəm...
– Dözərsən! Sən beş uşaq doğubsan, dözərsən! İndi
gərək hamısını deyəm. Dayana bilmərəm, istəsən, gedə bilər‐
sən, ancaq mən bu gecəni səninlə bir yerdə olmaq istəyirəm...
Əgər qulaq asmaq istəmirsənsə, gedə bilərsən... Mən bir aydır
ki həmin evdə yaşayıram və nə vaxtsa səninlə bu barədə
danışmalıyam. Bəli, mənim üçün çətin olsa da, yalnız səninlə.