Page 101 - heynrix
P. 101
İ ROMAN
az çox görürəm... Bomboz Motsartştrasse ilə üzüaşağı gedir, ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
özü də sənin kimi yeriyir, Fred, əllərini paltosunun cibinə
qoyur, fikirli‐fikirli gedir, yəqin, ya hörmənin ilmələri, ya da 101
Böyük Karlın nə vaxt vəfat etdiyi barədə düşünür. Məni ağla‐
maq tutur, çünki onların bu çalışqanlığı məktəbdə oxuyarkən
nifrət etdiyim şagirdlərin çalışqanlığını xatırladır. Bu uşaqlar
Müqəddəs İosifin dülgər dəzgahının yanında oynayan “Mü‐
qəddəs Ailə”nin uşaqlarına çox oxşayırlar. Qıvrımsaç, on‐onbir
yaşlı şirin‐şəkər uşaqlar, əllərində də qıvrım yonqarlar... Bu
yonqarlar onların qıvrım saçlarına oxşayır.
– Deyirsən, bizim uşaqlar “Müqəddəs Ailə”də təsvir olu‐
nan uşaqlara oxşayır? – Fred yavaşdan soruşdu.
– Yoox, – deyib onun üzünə baxdım, – yoox... Ancaq
onların belə yavaş‐yavaş getmələrində nəsə ümidsizlik dolu
bir itaətkarlıq görürəm, bu da məni yandırıb‐yaxır, gözlərim
yaşarır.
– İlahi! Bunlar hamısı mənasız şeylərdir. Mənə elə gəlir,
sən, sadəcə olaraq, uşaq olduqlarına görə onlara qibtə edir‐
sən.
– Yox, yox, Fred, mən qorxuram, çünki onları daşürəkli
insanlardan, hər səhər Müqəddəs çörəkdən dadan, ancaq
uşaqların hansısa ayaqyoludan çıxarkən iş otağından qaça‐
qaça gəlib oranın təmizliyini yoxlayan qəddar Frau Frankedən
qoruya bilmirəm. Əgər ətrafa bircə damcı su da düşmüş olsa,
dəhlizdə haray‐həşir qopur. Uşaqlar ayaqyolunun suyunu bu‐
raxanda məni tər basır... Heç bilmirəm, necə deyim... Bəlkə
də, niyə belə dərdli olduğumu özün başa düşərsən...
– Ona görə belə dərdlisən ki, biz kasıbıq. Sadəcə buna
görədir... Mən də sənə təsəlli verə bilməyəcəm. Çıxış yolu yox‐
dur. Söz verə bilmərəm ki, nə vaxtsa pulumuz, ya da nəyimizsə
olacaq. Ah, bilsəydin ki, tərtəmiz bir evdə yaşamaq, pul dərdi
çəkməmək nə olan şeydir, onda təəccüblənərdin... Təəccüb‐
lənərdin...
– Hələ də yadımdan çıxmır, – dedim, – bizim evdə də hər
şey tərtəmiz idi, kirayəni vaxtında ödəyirdik. Pul məsələsində
bizim də... Özün bilirsən, Fred.