Page 98 - heynrix
P. 98
HAYNRİX BÖLL
– Gedək, – yavaşdan dillənib ayağa durdum, paltosunun
yaxalığından yapışaraq Fredi də qaldırdım. – Uşaqlar burda‐
dır...
– Hardadır? – soruşdu.
Bir‐birimizə baxdıq, aramızdakı bu otuzca santimetrlik
havada, bir‐birinə dikilən gözlərimizin arasında min‐min qu‐
caqlaşdığımız gecələr gəlib dayandı. Fred ağzındakı siqareti
götürüb yavaşdan soruşdu:
– Bəs indi neyləyək?
– Bilmirəm... – dedim.
Məni köşklə üstünə yaşıl rəngli parusin çadır çəkilmiş,
işləməyən bir fırlancağın arasındakı boş yerə tərəf çəkdi. Din‐
mədən çadırın iplərlə bərkidildiyi mıxçalara baxdıq.
– İçəri girək, – Fred ağız‐ağıza duran iki yaşıl çadırı araladı,
sivişib içəri girdi, mənə də kömək elədi və qaranlıqda Fred tax‐
ta qu quşunun, mən də yelləncək atın üstündə oturduq. Çadı‐
rın ağız‐ağıza qoyulan yerlərindən içəri süzülən ağımtıl işıq
98 Fredin avazımış sifətini “doğrayırdı”.
– Bəlkə də, evlənməsəm, daha yaxşı olardı, – Fred dedi.
– Boş‐boş danışma! Mənə yazığın gəlsin. Kişilərin hamısı
belə danışır, – onun üzünə baxıb sözümə davam etdim. –
Ancaq məni yaxşı təriflədin... Görəsən, hansı qadına qismət
olub ki, əri ondan razı qalsın?!
– Sənə qismət olan qadınların çoxuna qismət olmayıb, –
Fred qu quşunun başına söykədiyi sifətini yuxarı qaldırdı, əlini
əlimin üstünə qoydu. – On beş ildir ki evliyik, özü də...
– Əcəb evlilikdir! – dedim.
– Söz ola bilməz! Doğrudan da, söz ola bilməz! – Əlini
əlimin üstündən götürdü, sonra hər iki əlini qu quşunun başı‐
na qoydu, üzünü də onlara söykəyib, yorğun nəzərlərlə məni
altdan‐yuxarı süzdü. – Əminəm ki, mənsiz daha xoşbəxtsiniz...
– Elə deyil, – dedim, – əgər bilsəydin ki...
– Nəyi bilsəydim?
– Fred, – dedim, – uşaqlar gündə on dəfə səni soruşur,
mən də hər gecə, demək olar ki, hər gecə yerimə uzanıb ağla‐
yıram.