Page 94 - heynrix
P. 94
HAYNRİX BÖLL

– Yox, – dedim, – qəlyanaltıda. Qəlyanaltılarda yemək çox
xoşuma gəlir.

– Onda gedək, – dedi və biz Blüxerqasseyə döndük.
Xarabalıqlar uzun illər ərzində yumru təpəciklərə çevril‐
miş, hamısını da bir‐birinə sarmaşmış alaqotları, qırmızımtıl
rəngə çalan soluxmuş itburnu kolları basmışdı. Əvvəllər bu‐
rada Blüxerin heykəli vardı: tuncdan tökülmüş o hünərli
nəhəng kişi qəzəblə göylərə baxırdı. Sonra onu oğurladılar...
Dəmir barmaqlıqlı böyük bir qapının arxasına zir‐zibil
yığılmışdı. Xarabalıqların arası ilə dar bir cığır açmışdılar, biz
bir neçə evin salamat qaldığı Momsenştrasseyə çatanda
yaxındakı meydandan musiqi səsləri eşidildi. Dayanıb Fredi də
saxladım, bu halda səs lap aydın eşidildi. Orkestrionun səsi
aləmi başına götürmüşdü.
– Şəhərdə bayram şənliyi var? – soruşdum.
– Var! Deyəsən, əczaçıların şərəfinədir. Getmək
istəyirsən?
94 – Bəs necə!
Addımlarımızı yeyinlətdik, bir tin də burulan kimi səs‐
küylü, yemək‐içməkli meydanın ortasına düşdük. Şarmanka‐
ların səsi, ədvalı qulyaş, piydə qızardılmış kökələrin şirin
qoxusu, yelləncəyin kəskin vıyıltısı məni yerimdən oynatdı.
Hiss etdim ki, ürəyim çırpınır. Bu iylər, bu səs‐küy bir‐birinə elə
qarışmışdı ki, nəyin nə olduğunu bilmək olmurdu, ancaq
hamısının gizli bir ahəngi vardı.
– Fred, – dedim, – mənə pul ver!
Cibindəki pulların hamısını çıxardı, əsginasları seçib qat‐
ladı, didik‐didik olmuş qeyd dəftərçəsinin arasına qoyub,
qəpiklərin hamısını ovcuma basdı. Arasında qalın gümüş pullar
da vardı, Fredin təbəssümlü baxışları altında onları ehtiyatla
saydım.
– Altı mark səksən pfenniq, – dedim, – bu, xeyli puldur,
Fred!
– Götür! Xahiş edirəm...
Onun ensiz, boz, yorğun üzünə, qanı qaçmış dodaqları
arasındakı dümağ siqaretə baxdım və bildim ki, onu sevirəm.
   89   90   91   92   93   94   95   96   97   98   99