Page 90 - heynrix
P. 90
HAYNRİX BÖLL

dərmanlar satan mağazada işlədim, ancaq sonra darıxdım,
fotoqraflığı seçdim, tezliklə bundan da bezdim. Oxumağa çox
meylim olmasa da, kitabxanaçı olmaq istədim, kitabxanaların
birində kitabları xoşlayan Kete ilə tanış oldum, elə həmin
kitabxanada da qalıb işlədim, çünki Kete də orada işləyirdi,
ancaq birinci uşağa qalanda işdən çıxmalı oldu. Sonra müha‐
ribə başladı, ilk uşağımız – Klemens dünyaya gəldi, məni əs‐
gərliyə çağırdılar.

Müharibə haqqında fikirləşməkdən çox da xoşum gəlmir,
ona görə çarpayıdan qalxıb, təzədən meyxanaya düşdüm.
Dördə az qalırdı. Bir qədəh şnaps içdim, boşalmış avtomata
yaxınlaşdım, ancaq yarığa bircə dəfə pul atıb dəstəyi çəkdim,
hiss etdim ki, yorulmuşam.

Otağıma qayıdıb, təzədən çarpayıya uzandım, “Məryəm
Ananın yeddi dərdi” kilsəsinin zəngləri eşidilənə qədər Kete
haqqında düşündüm...

X
90 Üstündə qara əl şəkli çəkilmiş lövhəni o dəqiqə tapdım,

şəhadət barmağın tuşlandığı tərəfə getdim. Küçə bomboş,
bomboz idi. Yoluma davam edərkən balaca binaların birindən
çoxlu adam çıxdı. Gördüm ki, kinodan çıxırlar. Tində qara əl
şəkli çəkilmiş bir lövhə də vardı, əlin şəhadət barmağı əyil‐
mişdi: Holland mehmanxanası ilə üzbəüz dayanmışdım. Bina
elə çirkli idi ki, dəhşətə gəldim, yavaş‐yavaş küçənin o biri
tərəfinə keçdim, qırmızımtıl rəngli giriş qapısının ağzına
çatanda dayandım, sonra onu qətiyyətlə itələyərək açdım,
restorana girdim. Piştaxtanın önündə üç kişi dayanmışdı. İçəri
girən kimi mənə tərəf döndülər, söhbətlərinə ara verib
sahibəyə baxdılar. Sahibə də başını illüstrasiya jurnalından
qaldırıb üzümə baxdı. Nəzərləri əvvəlcə şlyapama, sonra
əlimdəki çantaya dikildi, daha sonra ayaqlarımı, ayaqqabı‐
larımı görmək üçün bir az irəli əyildi, təzədən başını qaldırıb
üzümə baxdı, bir xeyli dodaqlarıma tamaşa elədi, sanki dodaq
boyasının markasını dəqiqləşdirmək istədi. Yenə də irəli əyildi,
şübhəli‐şübhəli ayaqlarıma baxıb yavaşdan soruşdu:
   85   86   87   88   89   90   91   92   93   94   95