Page 85 - heynrix
P. 85
İ ROMAN
– Bəli, – dedim. ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
– Onda pulunu əvvəlcədən versəniz, yaxşı olar, – üzümə
baxıb irişdi, – belə daha yaxşıdır... Vağzal yaxın, çamadanınız 85
da yox...
– Əlbəttə, olar, – deyib pul çıxardım.
– Lütfən, səkkiz mark, – o, qəbz yazmaq üçün karandaşın
ucunu tüpürcəklədi. Qəbzi verəndə soruşdu: – Kimisə
gözləyirsiniz?
– Bəli, arvadımı.
– Oldu, – deyib siqaretləri mənə uzatdı, ona bir mark
verib yuxarı qalxdım.
Çarpayıda xeyli uzanıb xəyala daldım, siqaret çəkdim,
ancaq nə barədə fikirləşdiyimi özüm də bilmədim. Xidmətçini
harada gördüyümü xatırlamaq istəyirdim. Gördüyüm sifətlərin
heç biri yadımdan çıxmır, məni qarabaqara izləyirlər, nə vaxtsa
üzə çıxan kimi hamısını tanıyıram. Ən çox da bircə dəfə ötəri
gördüyüm adamlar beynimin hansı qatındasa ilişib qalır, sanki
güclə görünən bomboz balıqlar kimi bulanıq bir gölməçədə
yosunların arasında üzürlər. Bəzən yalnız başları suyun üzünə
çıxır, ancaq onları, doğrudan da, təzədən görəndə tam şəkildə
üzə çıxırlar. Nigarançılıqla bu gölməçədə ora‐bura üzən
balıqların arasında onu axtardım, qarmağı yuxarı çəkdim: o
idi... xidmətçi. Yaralıların toplandığı yerdə bircə dəqiqəliyə
uzanmış əsgər... Başındakı sarğının altından bitlər çıxırdı.
Təptəzə qandan sorub köpmüş bu cəsur heyvancıqlar rahatca
onun gicgahlarında, heç nə hiss etməyən sifətində gəzişərək
seyrək saçlarının arasına girir, qulaqlarına dırmaşır, sürüşüb
çiyinlərinə düşür, özlərini tarazlayıb təzədən geri qayıtmaq
istəyir, kirli yaxalığın qırışları arasında görünməz olurdular...
Üç min kilometr uzaqda bircə dəfə gördüyüm iztirab dolu
girdəsifət adam, heç nə olmayıbmış kimi, indi mənə burada
qulyaş satırdı.
Xidmətçini harada gördüyümü xatırlaya bildiyim üçün
sevindim, o biri tərəfə çevrildim, pulları cibimdən çıxarıb
yastığın üstünə tökdüm, saymağa başladım: hələ on altı mark
səksən pfenniqim qalmışdı.