Page 84 - heynrix
P. 84
HAYNRİX BÖLL

Geri dönüb, Vağzal küçəsinə çıxan qaranlıq keçidə tərəf
getdim.

IX
Mən aşağı düşəndə qab‐qacağı üst‐üstə yığıb aparırdılar.
Soyuq qulyaş, üstünə şəkər tozu səpilmiş pudinq iyi gəlirdi. Bir
küncdə əyləşərək avtomatların qarşısında dayanıb oynayan iki
yeniyetmə oğlana baxdım. Nikelli şarlar çıxıntılara toxunarkən
eşidilən cingiltili səslər, sürətlə fırlanan lövhə dayanarkən
çıxardığı şıqqıltılar məni həyəcanlandırdı. Xidmətçi kağız
dəsmalla stolların üstünü təmizləyir, arıq sahibə isə onların
üstünə “Bu axşam rəqs olacaq. Giriş azaddır” yazılmış iri, sarı
rəngli plakatlar yapışdırırdı.
Yanımdakı stolda əynində tüklü palto, başında yaşıl rəngli
ovçu papağı olan yaşlı bir kişi oturmuşdu. Qəlyanı külqabında
tüstüləyir, özü isə qırmızımtıl rəngə çalan qulyaşı ehmalca
qarışdırırdı.
84 – Nə buyuracaqsınız? – xidmətçi soruşdu, sifəti mənə
tanış gəldi.
– Yeməyə nə var?
– Qulyaş, donuz ətindən kotlet, kartof, salat, çərəz.
İstəsəniz, əvvəlcə şorba da gətirə bilərəm.
– Qulyaş verin, – dedim, – ancaq əvvəlcə şorba, bir qədəh
də araq gətirin.
– Baş üstə!
Yemək çox, həm də isti idi. Hiss etdim ki, acmışam, çörək
gətirtdim, üstünə acılı sous yaxdım.
Sonra bir qədəh də şnaps gətirtdim. Oğlanlar hələ də
oynayırdılar. Birinin saçları biz kimi dayanmışdı.
Yeməyin pulunu verdim, bir az da gözlədim, ancaq av‐
tomatlar boşalmadı. Bir də diqqətlə xidmətçinin üzünə bax‐
dım: bu avazımış sifəti, bu ağarmış saçları nə vaxtsa, haradasa
bir dəfə görmüşdüm.
Piştaxtaya yaxınlaşıb siqaret istədim, sahibə üzümə baxıb
soruşdu:
– Gecəni burda qalacaqsınız?
   79   80   81   82   83   84   85   86   87   88   89