Page 83 - heynrix
P. 83
İ ROMAN

rahiblərin yanına gedəndə, onlar da xorla dua oxuyanda ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
üzünün rəngi dəyişir, sifəti dartılır, demək olar ki, ciddiləşir...
Mən də hər dəfə dəhşətə gəlirəm... Bilirəm ki, eşidir, diqqətlə 83
qulaq asır, onda tamam başqa cür olur, duaların ahənginə
qulaq asır, rahiblər qurtaranda da ağlayır... Deyəsən, təəccüb‐
ləndiniz, – qız gülümsədi, – yeyin, yeyin...

Kökəni təzədən götürüb dişlədim, isti marmeladın
ağzımda necə əridiyini hiss elədim.

– Onda gərək onu tez‐tez ora aparasınız, – dedim, – Bil‐
donerplatsa...

– Elədir, elədir... Mənim üçün nə qədər dəhşətli olsa da,
onu tez‐tez aparıram ora... Yenə qəhvə istəyirsiniz?

– Xeyr, təşəkkür edirəm, – getməliyəm... – Tərəddüdlə
qıza, sonra da oğlana baxdım və yavaşdan dedim: – İstəyirdim
bir dəfə baxam görəm...

– Kilsədə? Rahiblərin yanında?
– Bəli.
– Ah, onda gəlin...Yox, təəssüf ki, gedirsiniz... Qayıdacaq‐
sınız, elə deyilmi?
– Gələcəm... Axı pul da verməliyəm...
– Ona görə demirəm... Ancaq, lütfən, gəlin...
Qoca başı ilə onun dediklərini təsdiq etdi, qəhvənin qala‐
nını da içib ayağa durdum, üstümə tökülmüş kökə qırıntılarını
çırpdım.
– Gələcəm, – dedim, – bura çox yaxşıdır.
– Bu gün gələcəksiniz? – qız soruşdu.
– Bu gün yox, ancaq tezliklə gələcəm. Bəlkə də, sabah
səhər... Sonralar da tez‐tez gələcəm... Sizinlə rahiblərin yanına
gedəcəm.
– Buyurun! – deyə qız əlini mənə uzatdı, bircə anlığa
onun incə əlini möhkəm sıxdım, çiçəklənən sifətinə baxıb
gülümsədim, qocaya tərəf dönüb başımı tərpətdim, kökəni
barmaqları arasında ovuşduran oğlana sarı yavaşcadan “Bern‐
hard” dedim, ancaq eşitmədi. Deyəsən, heç məni görmürdü
də. Qızarmış göz qapaqlarını, demək olar ki, yummuşdu...
   78   79   80   81   82   83   84   85   86   87   88